Azərbaycanda sahibkarlıq fəaliyyəti 4 subyektə bölünəcək

Azərbaycanda subyektlərinin meyarlarına görə bölgüsü aparılacaq. Məlumata görə, bununla bağlı “Sahibkarlıq fəaliyyəti haqqında” qanuna yeni 4-1 (Sahibkarlıq subyektlərinin meyarlara görə bölgüsü) maddəsi əlavə edilir.

Azərbaycanda subyektlərinin meyarlarına görə bölgüsü aparılacaq. Məlumata görə, bununla bağlı "Sahibkarlıq fəaliyyəti haqqında" qanuna yeni 4-1 (Sahibkarlıq subyektlərinin meyarlara görə bölgüsü) maddəsi əlavə edilir.

Yeni maddəyə görə, sahibkarlıq subyektləri mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinə bölünür.

Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.

Sahibkarlığın tənzimlənməsi tədbirləri çərçivəsində mikro, kiçik və orta sahibkarlıq subyektlərinə yönəldilən dövlət dəstəyi və güzəştlər bu maddədə nəzərdə tutulmuş meyarlar əsasında aparılır.

Layihə Milli Məclisin dekabrın 29-da keçiriləcək iclasında müzakirəyə çıxarılacaq. Apa.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31