Nazir 40-a yaxın vətəndaşın müraciətinə baxdı

Dekabrın 21- də Ekologiya və Təbii Sərvətlər Naziri Hüseyn Bağırov Yevlax şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Yevlax, Mingəçevir, Ağdaş, Goranboy, Naftalan, Qəbələ, Oğuz və İsmayıllı rayonlarının vətəndaşlarını qəbul edib.

Olaylar.az bildirir ki, nazirliyin idarə və departamentlərinin, həmçinin tabeli qurumlarının rəhbərlərinin iştirak etdiyi görüşdə ətraf mühitin mühafizəsi, meşələrin qorunması, biomüxtəliflik, geologiya, hidrometeorologiya  və s. məsələlərlə bağlı 40-a yaxın vətəndaşın müraciətinə baxılıb.
Qəbul zamanı nazir vətəndaşların müraciətlərini, şikayət və təkliflərini dinləyərək hərtərəfli öyrənilməsi, onların narazılığına səbəb olan halların aradan qaldırılması və qanunvericiliyə uyğun həlli istiqamətində nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə konkret tapşırıqlar verib. Müraciətlərin bir qismi yerindəcə həllini tapıb, digər müraciətlər isə araşdırılması məqsədilə nəzarətə götürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31