Bakıda beynəlxalq turnir keçirilir
Bu gün Azərbaycan boksunun banisi Abbas Ağalarovun xatirəsinə həsr olunmuş gənclər arasında ənənəvi beynəlxalq turnirə start veriləcək. “OLAYLAR”-ın GİN-ə istinadən verdiyi xəbərə görə, Boks Federasiyasının idman zalında baş tutacaq yarış 4 gün davam edəcək.
21 Dekabr 2017 13:41 İdmanBu gün Azərbaycan boksunun banisi Abbas Ağalarovun xatirəsinə həsr olunmuş gənclər arasında ənənəvi beynəlxalq turnirə start veriləcək. "OLAYLAR"-ın GİN-ə istinadən verdiyi xəbərə görə, Boks Federasiyasının idman zalında baş tutacaq yarış 4 gün davam edəcək. Turnirdə Azərbaycan idmançıları ilə yanaşı, Rusiya, Ukrayna, Tacikistan, Hindistan, İran, Türkmənistan, Pakistan, Qazaxıstan, Gürcüstan və Özbəkistan yığmaları güclərini yoxlayacaqlar. Ümumilikdə 114 boksçunun qatılacağı və 10 çəki dərəcəsi üzrə keçiriləcək yarışda ölkəmiz 3 komanda ilə təmsil olunacaq.