Əsgərin konservasından at əti çıxdı - Nazir işə qarışdı - VİDEO

Türkiyədə 4 ton qovurma at əti aşkar edilib.  Müdafiə naziri Nurettin Canikli Dəniz Qüvvələri Komandanlığının ehtiyacı üçün alınan qovurma konservalarının 4 min 50 kiloqramında at əti aşkar edildiyini açıqlayıb.

Canikli qovurmanın 8 min 950 kiloqramının problemsiz istehlak edildiyini, ancaq qalan 5 min 550 kiloqramı üçün müxtəlif zamanlarda qapağı açıldıqda qoxu gəldiyinin müəyyən edilməsi sonrası, istehsalçı firmadan konservaların dəyişdirilməsinin tələb edildiyini bildirib. Canikli deyib ki, qoxu gələn qovurmaların seroloji analiz üçün Bursa Qida Müayinə Mərkəzinə göndərilib, aparılan analizlərdən sonra 4 min 50 kiloqram qovurmada at ətinin təsbit edildiyi üzə çıxıb. Nazir firma ilə müqaviləyə xitam verildiyi və fəaliyyətinin dayandırılması yönündə işlərin başladıldığını da sözlərinə əlavə edib. Milli.Az Haberler-ə istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31