Bakı Dəmiryolu Vağzalında “bomba” həyəcanı...

Polisə zəng edən naməlum şəxs Bakı Dəmiryolu Vağzalının ikinci mərtəbəsində yerləşən restoranlardan birinə partlayıcı qoyulduğunu barədə məlumat verib. Bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova bildirib. Həmin məlumat əsasında dərhal Fövqəladə Hallar Nazirliyinə məlumat ötürülüb və əraziyə xilasedicilər gəlib, axtarışlara başlanıb.

O qeyd edib ki, hadisə ilə əlaqədar vağzalda bilet satışı dayandırılıb.

Əlavə edək ki, "Azərbaycan Dəmir Yolları" QSC-nin, "ASAN Xidmət"in işçiləri və vətəndaşlar binadan təxliyyə olunub.

Axtarışlara təlim görmüş itlər də cəlb edilib.  Apa.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31