Gələn il internet istifadəçiləri hansı təhlükələrlə üzləşə bilər?

Müasir dövrümüzdə informasiya kommunikasiya texnologiyaları inkişaf etdikcə bu vasitələr insanların ayrılmaz bir hissəsinə çevrilir, bir növ onunla qidalanırlar. Bəzən qısa müddətli zaman kəsiyində internetdə yaranan problemlər insanı hətta dəli olmaq təhlükəsinə qədər gətirib çıxarır, ətrafdakılara qarşı aqressiv münasibət sərgilənir.

Yaxın vaxtlarda xüsusi risk zonasında mobil cihazların istifadəçiləri olacaqlar

Müasir dövrümüzdə informasiya kommunikasiya texnologiyaları inkişaf etdikcə bu vasitələr insanların ayrılmaz bir hissəsinə çevrilir, bir növ onunla qidalanırlar. Bəzən qısa müddətli zaman kəsiyində internetdə yaranan problemlər insanı hətta dəli olmaq təhlükəsinə qədər gətirib çıxarır, ətrafdakılara qarşı aqressiv münasibət sərgilənir.

Qlobal məkanda olduğu kimi Azərbaycanda da informasiya kommunikasiya texnologiyaları inkişaf edir. Artıq ölkədəki internet istifadəçilərinin sayı durmadan artır və bu göstərici 80 faizə qədər gəlib çatıb. Ancaq qlobal miqyasda bir problem də var ki, İKT imkanları, istifadəçiləri artdıqca, bu sahədə çoxsaylı problemlər də meydana çıxır. Bu problemlər sırasında ən başlıca yeri isə kibercinayətkarlıq tutur. Bəllidir ki, sözügedən problem günümüzdə bütün dünyada yayılıb və ekspertlər 2018-ci ildə internet istifadəçilərinin daha hansı problemlərlə üzləşəcəklərinin təhlilini aparıblar.

Ekspertlərin fikrincə, 2018-ci ildə cinayətkarlar adət olunmuş qurğuların sərhədlərindən çıxıb, İnternetə qoşulmuş yeni sistemlərin, məsələn, avtomobillərin və ya tibbi cihazların fəal hücumuna başlaya bilərlər. Belə ki, cinayətkarlar sahibinin smartfonunu yoluxdura və avtomobilin müxtəlif funksiyalarını idarə edən mobil proqramı manipulyasiya edə bilərlər. Təhlillərə görə, gələn il İnternetə qoşulmuş tibbi qurğuların sayı 19 milyonadək artacaq. Səhhətə nəzarət etməyə kömək edən 100 milyon fitnes qolbaqları da daxil olmaqla, tibbi qurğular hakerlərin maraq dairəsində olacaq. Belə qurğulara edilmiş hücumlar müxtəlif ola bilər. Məsələn sahibin fərdi məlumatlarının oğurlanmasından tibbi cihazlarda (məsələn, insulin dozatorunda) qurmaların dəyişilməsinə qədər və bunlar hamısı pasiyentin həyatı üçün təhlükəlidir.
Araçdırmalarda qeyd edilir ki, yaxın vaxtlarda xüsusi risk zonasında mobil cihazların istifadəçiləri olacaqlar. Hazırda İnternetin həmişə və hər yerdə əlçatan olmasına görə insanlar daha çox ənənəvi kompüterlərin deyil, smartfonların istifadəsinə üstünlük verirlər. Məsələn, Rusiyada istifadəçilərin 41 faizi onlayn-bankinq sistemlərinə məhz mobil qurğular vasitəsilə qoşulurlar. Bununla əlaqədar 2018-ci ildə cinayətkarların səylərinin çoxu məhz smartfonlara və planşetlərə yönəldiləcək. Özü də kibercinayətkarların maraq dairəsində istifadəçi pullarının bütün mümkün mənbələri olacaq, o cümlədən kriptovalyuta pul kisələri və müxtəlif bonuslarla əlavələr. Məlumat üçün qeyd edək ki, hazırda Rusiyada orta hesabla hər evdə 2 kompüter və 4 mobil qurğu var. Onlardan hamısı İnternetə çıxış imkanına malikdir. Təəccüblü deyil ki, istifadəçilərin 15 faizi şəbəkədə həftədə 50 saatdan çox keçirirlər - və bu göstərici yalnız asudə vaxtı əks etdirir. Gündəlik həyatda İnternetin əvəzedilməzliyini və ağıllı rəqəmli qurğuların sayının daim artmasını nəzərə alaraq, "Kaspersky Lab" şirkəti sıravi istifadəçilərə, onların gündəlik işlərinə və vərdişlərinə ən yaxından təsir göstərə biləcək təhdidləri proqnozlaşdırıb.
Nəhayət, cinayətkarlar böyük botnetlərin yaradılması üçün müxtəlif ev qədcetlərini sındırmağa davam edəcəklər. Routerlərin, veb-kameraların, termostatların və evdə olan digər ağıllı qurğuların çoxlu zəiflikləri var, və təcrübə göstərir ki, kibercinayətkarlar bu zəiflikləri məharətlə istifadə edirlər. Bu cür fəaliyyətin qarşısını almaq üçün, ekspertlər ən azından, bu qurğuların standart zavod parollarını dəyişdirmək tövsiyə edirlər həmçinin onlar üçün ayrıca şəbəkə ayırmaq ki, hakerlər yoluxma halda əsas qurğuları hücum etməyə bilməsinlər.
"Ünsiyyət, alış-veriş, istirahətin planlaşdırılması, yeni və köhnə sevimli filmlər ilə axşamlar, oyunlar və musiqi, son vaxtlar isə həmçinin müxtəlif ev qədcetlərin və sistemlərin idarəsi - bütün bunlar İnternet və çoxsaylı rəqəmli qurğular sayəsində bizim üçün istənilən zaman əlçatandır. Biz heç bir halda cinayətkarların pis niyyətlərinə görə bu rahatlıqdan məhrum olmamalıyıq. Bir çox hallarda istifadəçilər qurğuların standart zavod parollarını dəyişərək, sayıqlıq göstərərək və müasir qoruyucu həllərdən istifadə edərək özləri öz rəqəmli qurğuların təhlükəsizliyinə nəzarət edə bilərlər. Biz isə, öz növbəmizdə, kibertəhlükələrin inkişaf istiqamətini diqqətlə izləyirik və, kibercinayətkarları qabaqlamaq və yeni ağıllı sistemləri və onların istifadəçilərini qorumaq üçün əlimizdən gələni edirik", - "Kaspersky Lab" şirkətinin Rusiya Araşdırma Mərkəzinin rəhbəri Yuri Namestnikov bildirib.

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31