Gündəm

Vatan Şaşmazın qatilinin telefonundan çıxanlar ŞOKA SALDI

15 Yanvar 2018 14:37

Vatan Şaşmazı öldürüb, sonra da intihar edən Filiz Akerin telefonu vasitəsi ilə "mərgümüş" (zəhərli maddə) və "Ölmüş insanın vücudu niyə sərtləşir?" kimi axtarışlar apardığı ortaya çıxıb.

Bakıdan Qarabağla bağlı YENİ GEDİŞ - Sarkisyan və Nalbandyan yanvarda olacaqları AÇIQLADI

15 Yanvar 2018 14:34

Yanvar ayının ikinci yarısında Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü planlaşdırılır. Ötən ilin sonlarında ATƏT-in Minsk qrupunun həmsədrləri nazirlərin görüşünün planlaşdırıldığını açıqlamışdı. Lakin görüşün konkret vaxtı və yeri hələlik məlum deyil. Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan bildirib ki, onlar konstruktiv mövqeyə köklənib: “Biz mövqelərin yaxınlaşdırılmasına və prosesi yerindən tərpətməyə hazırıq”. Nazirlərin görüşdə nələri müzakirə edəcəyi, münaqişənin həlli ilə bağlı hansı irəliləyişlərin ola biləcəyi haqda heç bir məlumat yoxdur. Amma Ermənistan mediası İrəvanın güzəştlərə gedə biləcəyini yazır. Xüsusilə Nalbandyanın açıqlaması bu ehtimalı artırır.

Lavrov prezident seçkisindən sonra vəzifədə qalıb-qalmayacağı ilə bağlı suala cavab verib

15 Yanvar 2018 14:32

Rusiya xarici işlər naziri Sergey Lavrov bu ilin mart ayında keçiriləcək prezident seçkisindən sonra nə işlə məşğul olacağı ilə bağlı suala cavab verib. Məlumata görə, 2017-ci ilin yekunlarına dair keçirdiyi mətbuat konfransında S. LavrovXarici İşlər Nazirliyinin effektiv işini təmin edəcəyini söyləyib: "Bizim Konstitusiyamız var, hansı ki, hökumətin formalaşdırılması qaydasını dəqiq müəyyən edir.

"Baron Dədəş" ləqəbli narkotacir həbs edilib

15 Yanvar 2018 14:30

Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz alqı-satqısı ilə məşğul olan əvvəllər məhkum olunmuş, "Baron Dədəş" ləqəbli Elşad Bağırov şübhəli şəxs qismində saxlanılıb.

Leonardo di Kaprio qatil obrazında

15 Yanvar 2018 14:24

Silsilə qətillər həyata keçirən Carlz Mensonun həyatı film olur. Olaylar.az bildirir ki, kinorejissor Kventin Tarantinonun çəkəcəyi filmdə əsas obrazı Hollivud ulduzu Leonardo di Kaprio canlandıracaq.

Bankların taleyi necə olacaq?

15 Yanvar 2018 14:20

2017-ci il bütün istiqamətlər üzrə uğurlu olsa da, lakin bəzi problemlər vardı ki, həmin problemlər ötən il də həll edilməmiş qaldı. Bunların sırasında bank sektorundakı mövcud vəziyyəti qeyd etmək yerinə düşər. Ümumiyyətlə, məlum neft və maliyyə böhranı meydana gələndən bank sektorunda yaranan durumu zaman-zaman aradan qaldırmağa yönəlik cəhdlər olsa da, lakin bu sektorun hökumətin atdığı addımlara adekvat fəaliyyət ortaya qoya bilməməsi problemin həllini mümkünsüz edir.

Siyavuş Novruzov: “Lazım olsa, dövlət İsa Qəmbərin müalicəsinə dəstək verəcək”

15 Yanvar 2018 14:16

“Əgər İsa Qəmbərin xaricdə müalicəsinə ehtiyac yaranarsa, dövlət lazımi dəstək verəcək”. Bunu hakim Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.

Azərbaycan özünü idman ölkəsi kimi tanıda bilib

15 Yanvar 2018 14:10

Azərbaycanın əldə etdiyi iqtisadi naliyyətlər ölkəmizdə müxtəlif səviyyəli beynəlxalq tədbirlərin keçirilməsi üçün əlverişli şərait yaradıb. Artıq Azərbaycan dünyanın qlobal siyasi, iqtissdi, humanitar və təhlükzilik məsələlərinin həll olunduğu məkana çevrilib. Belə tədbirlər sırasında beynəlxalq idman yarışlarının keçirilməsi xüsusi əhəmiyyət daşıyır. Hazırda demək olar ki, Azərbaycan dünyada özünü idman ölkəsi kimi tanıda bilib. Azərbaycanda IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsi dediklərimizin bariz nümunəsi kimi qəbul edilə bilər.

Azərbaycanın uğurlu energetika siyasəti

15 Yanvar 2018 14:11

Azərbaycan iqtisadiyyatının dinamik inkişafı özünü bir sıra sahələrdə büruzə verməkdədir. Xüsusən, energetika və nəqliyyat sahələridə əldə edilən naliyyətlər heç şübhəsiz ki, prezident İlham Əliyevin həyata keçirdiyi düşünülmüş iqtisadi siyasət nəticəsində mümkün olub. Elə yola saldığımız 2017-ci ildə də energetika və nəqliyyat sahəsində bir sıra tarixi hadisələr baş verdi ki, həmin hadisələr ölkə iqtisadiyyatının gələcək inkişafı üçün təməl rolu oynayacaq.

Bakıdan 2018-ci ildə beynəlxalq aləmə Qarabağ mesajı

15 Yanvar 2018 14:07

Başa vurduğumuz 2017-ci il bütün parametrlər üzrə Azərbaycan üçün uğurlu, nailiyyətli oldu desək, yanılmarıq. Həm siyasi, həm iqtisadi, həm də mədəni və sosial-humanitar sahələrdə ölkəmiz qarşısına qoyduğu hədəflərə nail olaraq dinamik şəkildə inkişaf etdi. Düzdür, keçən il də Dağlıq Qarabağ probleminin həlli istiqamətində ciddi bir nəticə əldə olunmasa da, lakin diplomatik sahədə əldə etdiyimiz nailiyyətlər və Ermənistanın bu sahədə il ərzində bir neçə dəfə uğursuzluğa düçar olması öz-özlüyündə Dağlıq Qarabağ probleminə olan beynəlxalq münasibətdə də Azərbaycan üçün dividentlər gətirdi.

Məktəblilər arasında intellektual oyun keçirilib

15 Yanvar 2018 14:05

Paytaxt məktəbliləri arasında növbəti intellektual oyun təşkil edilib. “OLAYLAR” xəbər verir ki,  Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 19, 21, 34 və 104 nömrəli tam orta məktəblərin komandaları “Hazırcavablar” intellektual oyununda qarşılaşıb.  Məktəblilər “Azərbaycan dili”, “Koroğlu”, “Coğrafiya”, “Canlılar” və “Təsviri incəsənət” bölmələri üzrə sualları cavablandırıb.  İntellektual oyunun nəticələrinə əsasən, 19 nömrəli tam orta məktəbin komandası qalib gəlib.

“Türk Hava Yolları” viza ilə bağlı yeni qaydaların tətbiqinə başlayıb

15 Yanvar 2018 14:00

“Türk Hava Yolları” aviaşirkəti vizalar iləbağlı yeni qaydaların tətbiqinə başlayıb. “OLAYLAR”-ın xəbərinə görə, yeni qaydalara əsasən, müştərilər viza müraciətləri ilə bağlı rədd cavabı aldığı təqdirdə “Türk Hava Yolları” aviaşirkətindən alınmış Bakı çıxışlı biletlərin qaytarılması“ viza müraciəti rəddi zamanı qaytarıla bilər” bəndi olmadığı halda belə mümkündür. Yəni müştəri bilet üzrə etdiyi ödənişi bilet aldığı turizm agentliyindən və ya “Türk Hava Yolları”nın Bakı ofisindən geri ala bilər.

Səudiyyə Ərəbistanında nələr baş verir?

15 Yanvar 2018 13:58

Artıq Səudiyyə Ərəbistanına de fakto vəliəhd Məhəmməd Bin Salman tərəfindən rəhbərlik edildiyi hamıya məlumdur. 83 yaşlı Kral Salman bin Əbdüləziz əs-Səud xəstəlik və qocalıq səbəbindən hakimiyyəti idarəetməz vəziyyətdədir.Yenicə vəliəhd seçilmiş gənc və enerjili, eyni zamanda ambisiyalı MBS bu ölkənin tarixi boyu bənzəri olmayan dəyişikliklər etmək üçün hərəkətə keçib.

Elçin Hüseynbəyli yazır... Nikbin adamlar sorağında...

15 Yanvar 2018 13:53

Mən onları son zamanlar tez-tez görürəm. Cüt-cüt gəzirlər. Asta yerişlərindən, az qala pıçıltıyla danışmaqlarından anlayıram ki, sülh adamıdırlar, kimsəni incitmək haqqında düşünmürlər, gülərüz və xoşsimadırlar.

Cəmiyyətin inkişafını peşəkar və hazırlıqlı gənc mütəxəssislər olmadan təsəvvür etmək mümkün deyil

15 Yanvar 2018 13:51

Bu gün istər Azərbaycanda, istərsə də digər ölkələrdə tanınmış şirkətlər, aparıcı müəssisələrin əsas diqqət yetirdiyi sahələrdən biri də (HR) insan resursları sahəsidir. Bir qayda olaraq inkişaf etmiş ölkələrdə şirkətlər müasir HR xidmətinin vacibliyini anlayır və buna görə də HR mütəxəssislərini strateji tərəfdaş qismində görürlər.