Azərbaycan özünü idman ölkəsi kimi tanıda bilib

Azərbaycanın əldə etdiyi iqtisadi naliyyətlər ölkəmizdə müxtəlif səviyyəli beynəlxalq tədbirlərin keçirilməsi üçün əlverişli şərait yaradıb. Artıq Azərbaycan dünyanın qlobal siyasi, iqtissdi, humanitar və təhlükzilik məsələlərinin həll olunduğu məkana çevrilib. Belə tədbirlər sırasında beynəlxalq idman yarışlarının keçirilməsi xüsusi əhəmiyyət daşıyır. Hazırda demək olar ki, Azərbaycan dünyada özünü idman ölkəsi kimi tanıda bilib. Azərbaycanda IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsi dediklərimizin bariz nümunəsi kimi qəbul edilə bilər.

Prezident: "Bizim siyasi, diplomatik, iqtisadi uğurlarımıza bir uğur da əlavə edildi-idman uğurumuz"

Azərbaycanın əldə etdiyi iqtisadi naliyyətlər ölkəmizdə müxtəlif səviyyəli beynəlxalq tədbirlərin keçirilməsi üçün əlverişli şərait yaradıb. Artıq Azərbaycan dünyanın qlobal siyasi, iqtissdi, humanitar və təhlükzilik məsələlərinin həll olunduğu məkana çevrilib. Belə tədbirlər sırasında beynəlxalq idman yarışlarının keçirilməsi xüsusi əhəmiyyət daşıyır. Hazırda demək olar ki, Azərbaycan dünyada özünü idman ölkəsi kimi tanıda bilib. Azərbaycanda IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsi dediklərimizin bariz nümunəsi kimi qəbul edilə bilər. Onu da qeyd edək ki, ölkədə İslam Həmrəyliyi Oyunlarının keçirilməsinin siyasi, iqtisadi əhmiyyəti danılmazdır. Həmçinin bu oyunların Azərbaycan dövləti və xalqı üçün çox ciddi əhəmiyyəti var. Qətiyyətlə demək olar ki, IV İslam Həmrəyliyi Oyunlarının yüksək səviyyədə keçirilməsi Azərbaycanın güclü siyasi və iqtisadi siyasət aparan dövlət olduğunu nümayiş etdirdi. Heç şübhəsiz ki, bütün bunlar prezident İlham Əliyev tərəfindən Azərbaycan dövlətinin və xalqının inkişafı üçün aparılan səylər nəticəsində mümkün olub. Yəni, Azərbaycan dövləti uzun illərdir ki, bu yolu qarşıya məqsəd qoyub. Ona görə də Azərbaycan son illər bütün beynəlxalq idman tədbirlərində böyük naliyyətlər əldə edir, bir sıra mötəbər tədbirlərə ev sahibliyi edir. İdman sahəsində də qələbələrimizin sayı ildən-ilə artır. Azərbaycan IV İslam Həmrəyliyi Oyunlarında bir daha birinci olduğunu sübut edə bildi. Bütün bu naliyyətlərin kökündə Azərbaycanda dövləti tərəfindən idmana, insan sağlamlığına və gənclərə olan dəstək siyasəti dayanır. Digər tərəfdən isə Azərbaycan dünyada etibarlı tərəfdaş olduğunu və verdiyi vədlərə sahib çıxdığını artıq sübut edə bilib. Ona görə də bu cür mötəbər tədbirlərə ev sahibliyi etmək məhz Azərbaycana həvalə olunur. Təbii ki, Azərbaycan da ən yüksək səviyyədə bu tədbirləri təşkil edir. Odur ki, ölkədə ən yüksək səviyyəli idman yarışlarının keçirilməsi siyasi, iqtisadi və diplomatik sahədə əldə edilən uğurlarla bərabər tutulur. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında qeyd edib ki, Azərbaycan İslam Həmrəyliyi Oyunlarını keçirməklə islam dünyasında həmrəyliyə böyük töhfəsini veri: "Ötən il Azərbaycanda İslam Həmrəyliyi Oyunları keçirilmişdir. Bizim siyasi, diplomatik, iqtisadi uğurlarımıza bir uğur da əlavə edildi - idman uğurumuz. Bu Oyunlar ən yüksək səviyyədə keçirilmişdir. Azərbaycan bütün müsəlman aləmini qəbul etmişdir, öz qonaqpərvərliyini göstərmişdir və idmançılarımız da bizi sevindirmiş, Azərbaycan komanda hesabında birinci yerə layiq görülmüşdür. Eyni zamanda, bu Oyunlar İslam həmrəyliyinin gücləndirilməsi istiqamətində atılan önəmli addımdır və ölkəmizin niyyətini, siyasətini göstərir. Bildiyiniz kimi, keçən il Azərbaycanda "İslam Həmrəyliyi İli" elan edilmişdir. Bu qərar bir daha onu göstərir ki, biz öz tarixi, dini köklərimizə bağlıyıq. Nəinki ölkə ərazisində İslam həmrəyliyi təmin edilir, bütövlükdə bütün dinlərin nümayəndələri bir ailə kimi yaşayır. Biz istəyirik ki, bu tendensiyalar bölgəmizdə və dünyada daha da güclənsin. İl ərzində həm Azərbaycanda, həm də xaricdə keçirilmiş bir çox tədbirlər göstərir ki, bu qərar - 2017-ci ili "İslam Həmrəyliyi İli" elan etməyimiz İslam aləmində çox böyük dəstəyə və rəğbətə səbəb oldu. Son önəmli tədbir - dekabrın axırında Bakıda beynəlxalq konfransın keçirilməsi və bu konfransda dünya liderlərinin təbrik məktubları, yüksək səviyyəli qonaqların iştirakı bir daha göstərir ki, Azərbaycan dünya miqyasında həm İslam həmrəyliyi işlərinin təşkili, eyni zamanda, multikulturalizmin təbliği üçün əvəzolunmaz ölkəyə çevrilir".
 Birmənalı şəkildə qeyd edtmək olar ki, Azərbaycan İslam Həmrəyliyi Oyunlarını keçirməklə müsəlman aləminin həmrəyliyə böyük töhfəsini verdi. Azərbaycan prezidenti İlham Əliyevin 2017-ci ili "İslam həmrəyliyi ili" elan etməsi, eyni zamanda ölkəmizin IV İslam Həmrəyliyi Oyunlarına evsahibliyi etməsi ilə bağlı atdığı addımlar nəticə etibarı ilə müsəlman ölkəsi olaraq Azərbaycanın təkcə islam dünyasında deyil, bütövlükdə dünya miqyasında nüfuzunu xeyli gücləndirdi. Odur ki, bu hadisəyə təkcə idman oyunu kimi qiymət vermək qətiyyən düzgün deyil. Çünki, bu böyük bir siyasi, iqtisadi hadisə olmaqla yanaşı, həm də humanitar məna daşıyan hadisədir. Azərbaycan bu oyunları keçirməklə 54 ölkənin idmançılarının bir-birinin əlini sıxmasına şərait yaratdı. Bu isə müsəlman dünyası ölkələrinin liderlərinə bir mesaj idi ki, onlar da idmançılarına bənzəsinlər, bir-birinin əlini sıxsınlar, bir-birinin yanında olsunlar, bir-birinə dəstək olsunlar. Bu baxımdan Bakıda keçirilən İslam Həmrəyliyi Oyunlarının çox böyük mənası və əhəmiyyəti var idi.
İslam Həmrəyliyi oyunları həmçinin Azərbaycanı ictimai-siyasi sabitliyin olduğu məkan kimi islam dünyasına tanıda bildi. Say baxımından 1.5 milyardı aşıb keçən müsəlman dünyası artıq Azərbaycanı yenidən kəşf etdi. Məlum oldu ki, müsəlman aləmində çox güclü, dinamik inkişaf edən, müasir bir ölkə var və onun adı Azərbaycandır və bu ölkənin hədəfləri var. Bu hədəflər inkişaf, islam həmrəyliyinə töhfələr verməklə bağlıdır. Eyni zamanda, Azərbaycanın sülhsevər bir islam, inanclı dövlət olduğunu əyani şəkildə dünyaya göstərdi. Yəni, islamı daima terrorla eyni sıraya qoymağa çalışan islamofob, ksenofob qurumlar bir daha gördülər ki, hətta inanc və məzhəbə görə narazı olan dövlətlər də Azərbaycanın sülhsevər siyasəti nəticəsində bir müstəvidə ola bilərlər. Məhz bu kimi addımların nəticəsidir ki, bu gün Azərbaycan dünyaya "sabitlik adası" kimi təqdim olunur. Paralel olaraq Azərbaycan İslam ölkələri arasında həmrəylik və körpü rolunu oynayır. Sözügedən oyunlarda 57 İslam ölkəsinin 54-ünün iştirak etməsi məhz Azərbaycana olan etimadın nəticəsi kimi dəyərləndirilməlidir.
Onu da qeyd edək ki, artıq idman ictimai həyatımızın tərkib hissəsinə, sosial siyasətimizin təzahürünə çevrilib. Daha doğrusu, idman Azərbaycanın dövlət siyasətinin prioritetlərindən hesab olunur. Heç şübhəsiz ki, idmanda uğurlar əldə etmək üçün ilk növbədə ölkənin iqtisadi inkişafı təmin olunmalıdır. Çünki, yeni, müasir idman komplekslərinin inşaası, idmançıların məşqi üçün qurğuların yaradılması kifayət qədər böyük vəsait tələb edir. Azərbaycanda isə idman siyasəti uğurla həyata keçirilir. Yeni-yeni idman, olimpiya kompleksləri tikilir, idmançılara dövlət qayğısı günü-gündən artırılır. Azərbaycan prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev və birinci xanım, Milli Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin üzvü Mehriban Əliyevanın iştirakı ilə keçirilən mərasimdə 2017-ci ildə yüksək nailiyyətlər qazanan idmançılara və idman mütəxəssislərinə mükafatlar təqdim olunması, bir qrup idmançıya və idman mütəxəssisinə isə yeni mənzillərin orderlərini təqdim edilməsi dediklərimizi bir daha təsdiq edir. Heç şübhəsiz ki, Azərbaycanda idman siyasəti davamlı olacaq, ölkəmizin bir daha dünyaya güclü idman dövləti olduğu sübut olunacaq.

Nurlan

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31