Bakıdan 2018-ci ildə beynəlxalq aləmə Qarabağ mesajı

Başa vurduğumuz 2017-ci il bütün parametrlər üzrə Azərbaycan üçün uğurlu, nailiyyətli oldu desək, yanılmarıq. Həm siyasi, həm iqtisadi, həm də mədəni və sosial-humanitar sahələrdə ölkəmiz qarşısına qoyduğu hədəflərə nail olaraq dinamik şəkildə inkişaf etdi. Düzdür, keçən il də Dağlıq Qarabağ probleminin həlli istiqamətində ciddi bir nəticə əldə olunmasa da, lakin diplomatik sahədə əldə etdiyimiz nailiyyətlər və Ermənistanın bu sahədə il ərzində bir neçə dəfə uğursuzluğa düçar olması öz-özlüyündə Dağlıq Qarabağ probleminə olan beynəlxalq münasibətdə də Azərbaycan üçün dividentlər gətirdi.

İlham Əliyev: "Azərbaycan öz prinsipial mövqeyindən geri çəkilməyəcək və ölkəmizin ərazi bütövlüyünün bərpası bizim üçün əsas məsələdir"

Başa vurduğumuz 2017-ci il bütün parametrlər üzrə Azərbaycan üçün uğurlu, nailiyyətli oldu desək, yanılmarıq. Həm siyasi, həm iqtisadi, həm də mədəni və sosial-humanitar sahələrdə ölkəmiz qarşısına qoyduğu hədəflərə nail olaraq dinamik şəkildə inkişaf etdi. Düzdür, keçən il də Dağlıq Qarabağ probleminin həlli istiqamətində ciddi bir nəticə əldə olunmasa da, lakin diplomatik sahədə əldə etdiyimiz nailiyyətlər və Ermənistanın bu sahədə il ərzində bir neçə dəfə uğursuzluğa düçar olması öz-özlüyündə Dağlıq Qarabağ probleminə olan beynəlxalq münasibətdə də Azərbaycan üçün dividentlər gətirdi. Məsələn, 2016-cı ilin Aprel döyüşlərindən sonra  Ermənistan danışıqlar prosesindən yayınır, danışıqlara qatılmaq üçün  müxtəlif şərtlər irəli sürürdüsə, lakin 2017-ci ildə işğalçı ölkə heç bir şərt irəli sürmədən danışıqlar prosesinə qatılmaq məcburiyyətində qaldı. Və beləliklə Azərbaycan və Ermənistan prezidentləri həmsədrlərin vasitəçiliyi ilə görüşdülər. Düzdür, həmin görüşdə müsbət bir nəticə əldə edilməsə də, ancaq ümumilikdə bu görüş Ermənistanın diplomatiya sahəsində Azərbaycan qarşısında daha bir uğursuzluğu idi. Yəni,  Ermənistan heç bir şərt olmadan danışıqlar masası arxasına oturmağa məcbur qalmışdı. Təsadüfi deyil ki, erməni cəmiyyətində də belə qiymətləndirilirdi ki, İrəvan Bakı qarşısında növbəti dəfə diplomatik uğursuzluğa düçar oldu. Onu da qeyd etmək yerinə düşər ki, keçən il ərzində istər Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin Brüsseldə NATO qərargahında keçirdiyi görüşlər və Dağlıq Qarabağ probleminin hərbi alyansın rəbərliyi ilə müzakirə olunması, istər Şərq Tərəfdaşlığı Sammiti çərçivəsində ölkələrin ərazi bütövlüyünün tanınması ilə bağlı qəbul edilən bəyannamə, istərsə də digər bu kimi faktorlar  deyilənləri təsdiqləyir. Müsbət qeyd edilməli məqam ondan ibarətdir ki, Dağlıq Qarabağ probleminin ərazi bütövlüyümüzün bərpa olunması çərçivəsində həll edilməsi istiqamətində aparılan diplomatik fəaliyyətlə yanaşı, Silahlı Qüvvələrimizin hərbi-texniki bazasının gücləndirilməsi sahəsində də məqsədyönlü işlər görülür, addımlar atılır. Müntəzəm olaraq Türkiyə və Gürcüstanla birgə hərbi təlimlərin keçirilməsi, eləcə də Silahlı Qüvvələrimizin döyüş hazırlığı vəziyyətinin artırılması məqsədilə fərdi qaydada təşkil edilən hərbi təlimlər, həmçinin bir sıra ölkələrdən yeni, müasir silahların, hərbi texnikanın alınması deyilənləri təsdiqləyir. Düzdür, Azərbaycan hər zaman sülh və anlaşma tərəfdarı olub, sabitlik istəyib. Hərb yolunu, silahlanmanı son variant kimi nəzərdə tutub. Dövlətimizin mövqeyi  istər dünən, istərsə də bu gün ondan ibarətdir ki, Dağlıq Qarabağ münaqişəsi sülh yolu, torpaqlarımızın işğaldan azad olunması ilə həllini tapmalıdır. Ancaq bu da bir danılmaz faktdır ki, bu günə qədər Dağlıq Qarabağ problemi həll olunmamış qalır. Bunun da ən başlıca səbəblərindən biri beynəlxalq aləmin, problemin həllini öz üzərinə götürən ATƏT-in Minsk qrupunun səriştəsizliyi, münaqişəyə olan biganə münasibətdir. Məhz Dağlıq Qarabağ, eləcə də bu kimi münaqişələrə olan biganı münasibət, işğalçı və separatçının zamanında cəzalandırılmaması Qərbdə, Avropa belə bu kimi meyillərin güclənməsinə yol açıb. Artıq qərbli, avropalı aydın görür ki, bu ölkələr yaxın və ya uzaq ölkələrdə olan separatçılıq meyillərinin qarşısınən alınmasında maraqlı deyillər. O zaman deməli eyni situasiya elə Avropanın mərkəzində də baş verə bilər və nədən də olmasın. Bir müddət əvvəl İspaniyanın Kataloniya bölgəsində baş verən məlum proseslərin fonunda bunu aydın görmək mümkündür.  Yəni göründüyü kimi bir neçə on il öz sərhədlərindən bir qədər kənarda başl qaldıran separatizmə göz yuman, onun qarşısının alınmasında maraqlı görünməyən Avropanın özü hazırda bu problemdən əziyyət çəkir. Təsadüfi deyil ki, elə Azərbaycan Respublikasının  Prezidenti Cınab İlham Əliyev də Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə dair iclasında çıxışı zamanı qeyd edilən məsələyə toxunaraq Avropanın özünün sepratizmdən əziyyət çəkdiyini vurğulayıb və dövlət başçısı haqlı olaraq bunu qoca qitənin, dünya birliyinin zamanında Dağlıq Qarabaöda və digər bölgələrdə baş qaldıran separatizm meyillərinə biganə münasibətin məntiqi nəticəsi kimi dəyərləndirib: "Bu bir həqiqətdir ki, hazırda Avropanın özü separatizmdənəziyyət çəkir və görür ki, separatizm nədir. Biz isə aqressiv separatizmlə üzləşmişik. Bizə qarşı soyqırımı törədilib. Bizim vətəndaşlarımız öz doğma torpaqlarından silah gücünə çıxarılıb. Əlbəttə, dünyada, o cümlədən Avropada separatizmin baş qaldırması beynəlxalq ictimaiyyətə bir siqnaldır ki, yalnız vahid yanaşma tətbiq olunmalıdır. Biz həmişə bunu demişik. Mən dəfələrlə bunu deyirəm ki, bütün münaqişələrə, bütün separatizm təzahürlərinə vahid yanaşma tətbiq olunmalıdır, ikili standartlara yer olmamalıdır, bundan əl çəkilməlidir. Biz bunu artıq görürük. Hesab edirəm ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün bu, önəmli hadisələrdir. Azərbaycan öz prinsipial mövqeyindən geri çəkilməyəcək və ölkəmizin ərazi bütövlüyünün bərpası bizim üçün əsas məsələdir".

Qeyd etdiyimiz kimi Azərbaycan Dağlıq Qarabağ probleminin sülh yolu ilə həllinə tərəfdar olmaqla yanaşı, öz hərbi potensialını da gücləndirir. Və bunda da tamamilə haqlıdır. Birincisi, Azərbaycan hələ də müharibə vəziyyətindədir, torpaqlarının 20 faizi Ermənistan tərəfindən işğala məruz qalıb. Bu azmış kimi düşmən ölkə müntəzəm olaraq cəbhə xəttində təxribatlar törətməklə yeni ərazilər zəbt etmək niyyətinə düşür. O səbəbdən Azərbaycan haqlı olaraq öz hərbi arsenalını gücləndidir. İkincisi, Ermənistan ciddi cəhdlə danışıqlar prosesindən yayınmaqla işğal faktının uzanmasına, mövcud status-kvonun qalmasına çalışır. Təbii ki, İrəvanın bu istəyi rəsmi Bakı tərəfindən normal qarşılana bilməz. Və Ermənistanın danışıqlar prosesindən yayınaraq aqressiv mövqeyini davam etdirməsi Azərbaycanı hərbi qüdrətini artırmaq məcburiyyətində qoyur. Çünki Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan Cənab İlham Əliyevin dediyi kimi Azərbaycan bu işğal faktı ilə barışa bilməz. Sülh danışıqları fayda verməyəcəyi təqdirdə Azərbaycan hərbi yolla öz ərazilərini işğaldan azad edəcək. Bunun üçünsə heç şübhəsiz ki, Silahlı Qüvvələrin maddi-texniki bazasının gücləndirilməsi, yeni müasir silahlar, texnikanın alınması vacibdir. Necə ki, keçən illərdə Azərbaycan tərəfi bu istiqamətdə ciddi addımlar ataraq bir sıra ölkələrdən müasir silahlar alıb, eləcə də 2018-ci ildə ölkəmniz eyni xətti davam etdirəcək. Təsadüfi deyil ki, elə ölkə başçısı Cənab İlham Əliyev də Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə dair iclasında bu məqama xüsusi diqqət yetirərək bildirib: " Biz hərbi gücümüzü də artırırıq. Bu gün beynəlxalq reytinqlərə görə, Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır. Ordumuz üçün nə lazımdırsa biz onu da edirik. Ordumuzun maddi-texniki bazasımöhkəmlənir. Hərbi bazalar, şəhərciklər, hərbi hissələr yenidən qurulur, əsaslı təmir edilir. Bizim hərbi şəhərciklərimizin, bazalarımızın, hissələrimizin 80 faizi artıq beynəlxalq standartlara cavab verir. Təmirə ehtiyacı olan qalan hərbi hissələrin təmir işləri növbəti illərdə yekunlaşmalıdır. Nə qədər lazımdırsa vəsait ayrılır və ayrılacaq. O cümlədən yeni müasir silahların alınmasıüçün lazım olan vəsait ayrılır. Yoxsul Ermənistandan fərqli olaraq, biz öz hesabımıza yaşayırıq, o cümlədən hərbi gücümüzüöz hesabımıza artırırıq. Ermənistandan fərqli olaraq heçkimdən dilənmirik, heç kimə yalvarmırıq, kredit üçün müraciət etmirik. Ona görəAzərbaycan ictimaiyyəti və düşmən bilməlidir ki, Azərbaycan Ordusu bundan sonra da güclənəcək və istənilən tapşırığı yerinə yetirməyə hazırdır. Yaxın tarix bunu göstərmişdir".

Əslində Azərbaycan dövlət başçısının Nazirlər Kabinetinin iclasında səsləndirdiyi bu fikirlər daha çox işğalçı Ermənistan və ona havadarlıq edən bəzi beynəlxalq güclər və ayrı-ayrı dövlətlərə bir mesajdır. Yəni, Azərbaycan Prezidenti bununla bir daha İrəvan və onun havadarlarına ismarıc verir ki, nə qədər gec deyil Dağlıq Qarabağ probleminin ədalətli həlli istiqamətində lazımı addımlar atsınlar. Əks təqdirdə Ermənistan Azərbaycan tərəfindən ciddi şəkildə cəzalandırılacaq. Bu zaman isə rəsmi Bakı beynəlxalq aləmin atəşkəsə əməl etmək çağırışlarına məhəl qoymayacaq. Çünki 2016-cı ilin aprel hadisələri zamanı biz bunun acı təcrübəsini gördük və Azərbaycanın humanistliyindən həm işğalçı ölkə, həm də müəyyən beynəlxalq güclər sui-istifadə etdilər. Artıq Azərbaycanın belə bir güzəşt limiti tükənib.

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31