Gündəm
Dövlət Departamentinin qərəzli yanaşması
Artıq Qərbdən, okeanın o tayından istər Azərbaycan, istərsə də qardaş Türkiyəyə qarşı qərəzli, qeyri-obyektiv yanaşmanın sərgilənməsi, ortaya qoyulması ənənə halını alıb. Əgər əvvəllər Azərbaycan və Türkiyənin hədəf seçilməsi növbəli xarakter daşıyırdısa, son vaxtlar müşahidə etdiyimiz mənzərə ondan ibarətdir ki, artıq hər iki dövlət birdən qərəzə, qeyri-obyektiv yanaşmaya tuş gəlir.
Azərbaycan üçün unikal şərait yaranıb
Dağlıq Qarabağ probleminin həlli ilə əlaqədar 2018-ci illə bağlı müəyyən gözləntilər, ümidlər olsa da. Lakin ilin ilk günlərindən tərəflər arasında yaşanan olaylar, xüsusilə Ermənistan tərəfinin cəbhə xəttində yeni təxribatlara əl atması bütün ümidləri puça çıxarıb. Hətta vəziyyətin bu həddə davam etməsi fonunda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin yaxın vaxtlarda bir araya gələcəyi də mümkünsüz görünür.
Fuad Ələsgərov: “Hüquqi-demokratik islahatlar uğurla həyata keçirilir”
Azərbaycan prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamızda hüquqi-demokratik islahatlar, böyük infrastruktur layihələri və sosial yönümlü proqramlar uğurla həyata keçirilir. Bunu Azərbaycan Respublikası Prezidentinin Hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri Fuad Ələsgərov Daxili İşlər Nazirliyində 2017-ci ildə cinayətkarlıqla mübarizənin, ictimai qaydanın qorunmasının və ictimai təhlükəsizliyin təmin edilməsinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş Kollegiya iclasında çıxışı zamanı deyib.
Ermənistan parlamenti qiymət artımı ilə bağlı dinləmə keçirəcək
Ermənistanda bəzi məhsulların qiymətinin qalxması ictimai narazılığa səbəb olub. Məlumata görə, Ermənistan Milli Assambleyası qiymət artımı və ölkədə inflyasiyanın həddinin azaldılması yollarını müzakirə etmək üçün yanvarın 23-də dinləmələr keçirəcək.
ABŞ daha 15 buruğu işə saldı: neftin qiyməti…
Neftin bahalaşması buruqların sayının artmasına müsbət təsir edib. Bu haqda iqtisadçı ekspert Samir Əliyev yazıb. İqtisadçı bildirib ki, ABŞ-da neftin qiymətlərinin belini qıran buruqların sayı keçən həftə birdən-birə 15 ədəd, yəni 2% artaraq 939-a çatıb: “Bunu Amerikanın “Baker Huges” konsaltinq şirkəti açıqlayıb. Halbuki əvvəlki 2 həftə buruqların sayı azala-azala (6 ədəd) gedirdi. Beləliklə, son bir ildə belə buruqların sayı 280 ədəd artıb. Kanadada isə əksinə, 39 ədəd (12%) azalaraq 276-a düşüb. Buna rəğmən son bir ildə artım 102 ədəd olub.
Türkiyənin “3 böyüklər”ində FETÖ skandalı – Şok isimlər
Türkiyədə FETÖ üzvlüyündə təqsirli bilinərək həbs edilən məşhur futbolçu Uğur Boral təşkilatın iclaslarında iştirak etmiş futbolçuların adlarını istintaq orqanlarına açıqlayıb. Boral “Gənclərbirliyi”ndə çıxış etdiyi 2003-ci ildə FETÖ-PYD ilə tanış olduğunu, çoxlu sayda yığıncaqlarda iştirak etdiyini və burada “3 böyüklər”in də bir sıra futbolçularını gördüyünü bildirib.
"ATƏT dünya ictimaiyyətini aldatmaqdan yan keçməlidir”- RƏYLƏR
Təəssüf ki, zaman-zaman bir sıra xarici dairələr tərəfindən Azərbaycanda söz və məlumat azadlığının vəziyyəti ilə bağlı qərəzli iddalar irəli sürülür. Onlardan biri ATƏT-in media ofisinin rəhbəri Harlem Dezirin Azərbaycanda söz və məlumat azadlığının, kütləvi informasiya vasitələrinin vəziyyəti ilə bağlı fikirləridir. Avropa ölkələrində jurnalistlərə qarşı dözülməz hallar baş verdiyi halda, görəsən nəyə görə, belə hallar sözügedən dairələr tərəfindən diqqətə alınmır. Azərbaycana qarşı irəli sürülən qeyri-subyektiv fikirlərin arxasında nə dayanır?
Prezidentin köməkçisi: “Liberal-demokratik cəmiyyətdə nə istəsən edə bilərsən?”
Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici əlaqələr şöbəsinin rəhbəri Novruz Məmmədov Qərb demorkatiyasını tənqid edib. N.Məmmədov fikirlərini rəsmi Feysbuk səhifəsində yazıb. “Nəhayət ki, Qərbdə son vaxtlar çox geniş yayılmış, siyasi, əxlaq və kriminal məsələyə çevrilmiş bu prosesə məşhur aktrisa Katrin Denev və bir sıra tanınmış şəxslər münasibət bildirdilər.
“Quli” Moskva uğrunda ilk qələbəsini qazandı - DETALLAR
Moskvada iki böyük kriminal qruplaşma arasında təsir sahələrinin bölüşdürülməsi uğrunda mübarizə şiddətlənir. Söhbət azərbaycanlı avtoritet Nadir Səlifov (“Lotu Quli”) və çeçen avtoritet Əziz Batukayevin qruplaşmaları arasındakı qarşıdurmadan gedir.
Moldovada yol qəzasında beş nəfər ölüb
Bu gün səhər saatlarında Moldovada yol qəzasında beş nəfər ölüb. Məlumata görə, hadisə Kişinyov-Bender yolunda baş verib. Kişinyov istiqamətdə böyük sürətlə hərəkət edən “Audi” markalı minik avtomobili Todirşet kəndi yaxınlığında qarşı yola çıxıb və “Dacia Logan” markalı avtomobilə çırpılıb.
Hava yağıntılı olacaq
Yanvarın 16-da Bakıda və Abşeron yarımadasında buludluhava şəraitinin üstünlük təşkil edəcəyi, gecə və səhər bəzi yerlərdə yağıntılı olacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək.
Türkiyə ordunu sərhədə gətirdi, tibb məntəqələri açdı – Hücum...
Afrin əməliyyatına hazırlaşan Türkiyə Suriya ilə sərhəddə 2 tibbi nəzarət məntəqəsi yaradıb. Məntəqələr Çobanbəy və Gülbaba ərazilərində yaradılıb. Məlumat görə, əməliyyat öncəsi hazırlıqlar çərçivəsində hər iki nəzarət məntəqəsinə əlavə tibbi personal göndərilib.
Ramil Usubov: “Ötən il respublikada 2698 cinayət törətmiş 1028 cinayətkar qrup zərərsizləşdirilib”
2017-ci ildə əməliyyat-axtarış və istintaq fəaliyyətini həyata keçirən bütün dövlət orqanları üzrə 26 min 113 cinayət qeydə alınıb. Məlumata görə, bu barədə Daxili İşlər Nazirliyində keçirilən kollegiya iclasında daxili işlər naziri, general-polkovnik Ramil Usubov bildirib.
Daşkənddəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin direktoru TÜRKSOY-un xüsusi medalı ilə təltif olunub
Özbəkistandakı səfirliyimizin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov TÜRKSOY-un xüsusi medalı ilə təltif olunub.
Avtomobil idxalı artıb
Ölkəyə gətirilən avtomobillərin sayı artıb. Dövlət Statistika Komitəsindən “Olaylar”a verilən xəbərə görə, 2017-ci il ərzində Azərbaycana ümumilikdə 13 098 ədəd avtomobil idxal olunub. 2016-cı ilin analoji dövrü ilə müqayisədə ölkəyə idxal olunan avtomobillərin sayı 7 352 ədəd və ya 2,28% artıb.














