Prezidentin köməkçisi: “Liberal-demokratik cəmiyyətdə nə istəsən edə bilərsən?”

Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici əlaqələr şöbəsinin rəhbəri Novruz Məmmədov Qərb demorkatiyasını tənqid edib. N.Məmmədov fikirlərini rəsmi Feysbuk səhifəsində yazıb. “Nəhayət ki, Qərbdə son vaxtlar çox geniş yayılmış, siyasi, əxlaq və kriminal məsələyə çevrilmiş bu prosesə məşhur aktrisa Katrin Denev və bir sıra tanınmış şəxslər münasibət bildirdilər.

Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici əlaqələr şöbəsinin rəhbəri Novruz Məmmədov Qərb demorkatiyasını tənqid edib. N.Məmmədov fikirlərini rəsmi Feysbuk səhifəsində yazıb. "Nəhayət ki, Qərbdə son vaxtlar çox geniş yayılmış, siyasi, əxlaq və kriminal məsələyə çevrilmiş bu prosesə məşhur aktrisa Katrin Denev və bir sıra tanınmış şəxslər münasibət bildirdilər. Bu məsələnin birmənalı qarşılana bilməyəcəyini hamı başa düşür. Amma 20-25 il bundan əvvəl guya ki, baş vermiş hadisənin indi iddia edilməsinin məqsədlərini bir tərəfə qoyub bir suala ağlabatan cavab tapmaq maraqlı olardı. İnsan haqlarının və azadlıqlarının qorunduğu, tam təmin olunduğu dünyaya bəyan edilən ölkələrdə, necə olub ki, yüzlərlə tanınmış insanlar, hətta superulduzlar belə öz hüquqlarını o zaman, vaxtında müdafiə edə bilməmiş, və ya nə üçünsə etməmiş və hadisədən 20-30 il keçməsini gözləmişlər. Maraqlıdır ki, kişilərlə bağlı oxşar proses də vüsət almağa başlayır. Məgər bütün bunlarla bağlı cəmiyyətə, heç olmasa, bir izahat verməyə ehtiyac yoxdurmu? Yoxsa, kim necə istəyir qəbul etsin, liberal-demokratik cəmiyyətdə nə istəsən edə bilərsən?", - deyə o bildirib. Publika.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31