ABŞ daha 15 buruğu işə saldı: neftin qiyməti…

Neftin bahalaşması buruqların sayının artmasına müsbət təsir edib. Bu haqda iqtisadçı ekspert Samir Əliyev yazıb. İqtisadçı bildirib ki, ABŞ-da neftin qiymətlərinin belini qıran buruqların sayı keçən həftə birdən-birə 15 ədəd, yəni 2% artaraq 939-a çatıb: “Bunu Amerikanın “Baker Huges” konsaltinq şirkəti açıqlayıb. Halbuki əvvəlki 2 həftə buruqların sayı azala-azala (6 ədəd) gedirdi. Beləliklə, son bir ildə belə buruqların sayı 280 ədəd artıb. Kanadada isə əksinə, 39 ədəd (12%) azalaraq 276-a düşüb. Buna rəğmən son bir ildə artım 102 ədəd olub.

Neftin bahalaşması buruqların sayının artmasına müsbət təsir edib. Bu haqda iqtisadçı ekspert Samir Əliyev yazıb. İqtisadçı bildirib ki, ABŞ-da neftin qiymətlərinin belini qıran buruqların sayı keçən həftə birdən-birə 15 ədəd, yəni 2% artaraq 939-a çatıb: "Bunu Amerikanın "Baker Huges" konsaltinq şirkəti açıqlayıb. Halbuki əvvəlki 2 həftə buruqların sayı azala-azala (6 ədəd) gedirdi. Beləliklə, son bir ildə belə buruqların sayı 280 ədəd artıb. Kanadada isə əksinə, 39 ədəd (12%) azalaraq 276-a düşüb. Buna rəğmən son bir ildə artım 102 ədəd olub.

Dünyanın digər ölkələrində olan analoji buruqların sayı 12 ədəd (1%) artaraq 954-ə çatıb. İllik artım 25 ədəd (3%) olub. Hazırda dünya üzrə slans nefti çıxaran buruqların sayı 2169-a çatıb. Ona görə də neftin qiyməti bu həftə nisbətən ucuzlaşmalıdır". Axar.az 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31