Moldovada yol qəzasında beş nəfər ölüb
Bu gün səhər saatlarında Moldovada yol qəzasında beş nəfər ölüb. Məlumata görə, hadisə Kişinyov-Bender yolunda baş verib. Kişinyov istiqamətdə böyük sürətlə hərəkət edən “Audi” markalı minik avtomobili Todirşet kəndi yaxınlığında qarşı yola çıxıb və “Dacia Logan” markalı avtomobilə çırpılıb.
15 Yanvar 2018 13:13 DünyaBu gün səhər saatlarında Moldovada yol qəzasında beş nəfər ölüb. Məlumata görə, hadisə Kişinyov-Bender yolunda baş verib. Kişinyov istiqamətdə böyük sürətlə hərəkət edən "Audi" markalı minik avtomobili Todirşet kəndi yaxınlığında qarşı yola çıxıb və "Dacia Logan" markalı avtomobilə çırpılıb. Qəza nəticəsində iki yaşlı uşaq da daxil olmaqla, 5 nəfər ölüb, iki qadın ağır xəsarət alıb. Araşdırma aparılır. Apa.az RİA "Novosti" agentliyinə istinadən xəbər verir.