Gündəm

Nəcməddin Sadıkov NATO toplantısında iştirak edəcək

15 Yanvar 2018 12:53

Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov NATO-nun Hərbi Komitəsinin “Qətiyyətli Dəstək” və “Stabilliyin layihələşdirilməsi” formatlarında təşkil ediləcək görüşlərdə iştirak etmək üçün Brüssel şəhərinə (Belçika Krallığı) yola düşüb. “OLAYLAR” xəbər verir ki, məlumatı Müdafiə Nazirliyi yayıb. Bildirilib ki,  tədbir yanvarın 16-da NATO-nun Mənzil-Qərargahında Baş Qərargah Rəisləri səviyyəsində keçiriləcək.

İstirahət günləri yol qəzalarında 6 nəfər ölüb, 7-si yaralanıb

15 Yanvar 2018 12:53

Yanvarın 13-dən 15-dək respublikanın daxili işlər orqanlarında 183 cinayət faktı qeydə alınıb, onların 38-i “isti izlər”lə açılıb. Daxili İşlər Nazirliyindən “Olaylar”a bildirilib ki, axtarışda olduğuna görə 13 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Cəbhə xəttində monitorinq keçiriləcək

15 Yanvar 2018 12:52

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, yanvarın 16-da Ağdam rayonu Sarıcalı kəndinin yaxınlığında yerləşən Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinqin keçirilməsi planlaşdırılır. “OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Gennadi Petrika və Saymon Tiller keçirəcəklər.

Ronaldu "Mançester Yunayted"ə keçmək istəyir - "Real Madrid" onu aldadıb

15 Yanvar 2018 12:49

"Real Madridin" ulduz futbolçusu Kriştianu Ronaldu yayda klubu tərk etmək qərarını alıb. Portuqal hücumçu bu barədə komanda yoldaşlarına deyib.

Brüsseldə azyaşlı qızların cinsi istismarı: saatı 5 avroya, gündə 15 nəfərlə - VİDEO

15 Yanvar 2018 12:47

Belçikada yaşı 18-dən az olan qızlar cinsi istismar edilir. Bu barədə Belçika polisi məlumat verib. Bildirilib ki, 14,16 yaşlı qızlar saatı 5,6 avroya əxlaqsızlığa məcbur edilirlər.

Sergey Lavrov: "Dağlıq Qarabağ məsələsinin həllinə mərhələli yanaşma lazımdır"

15 Yanvar 2018 12:41

"Biz gözləyirik ki, bu il də Azərbaycan və Ermənistan tərəfindən Dağlıq Qarabağmünaqişəsinin nizamlanmasına dair hansısa müsbət impulslar olacaq. Şadıq ki, ötən il prezidentlərin və nazirlərin görüşü olub. Həmsədr ölkələrin nümayəndələri bu görüşdə iştirak ediblər".  Məlumata görə, bu sözləri Rusiya xarici işlər naziri Sergey Lavrov 2017-ci ilin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.

Lavrov: "Azərbaycanla strateji tərəfdaşlıqdan çox məmnunuq"

15 Yanvar 2018 12:39

"Rusiya-Azərbyacan münasibətləri prezidentlərin və xarici işlər nazirlərinin ən intensiv dialoquna əsaslanır". Məlumata görə, bu sözləri keçirdiyi illik mətbuat konfransında Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib. 

6 yaşlı qızın meyiti ebdə yanmış vəziyyətdə tapıldı

15 Yanvar 2018 12:37

Bərdə rayonunun Güloglular kəndində ümumi sahəsi 44 kv.m olan birmərtəbəli 2 otaqlı evin bir otağının yanar konstruksiyaları və ev əşyaları 22 kv.m sahədə yanıb. Fövqəladə Hallar Nazirliyindən “Olaylar”a verilən məlumata görə, yanğının kəşfiyyatı zamanı 2012-ci il təvəllüdlü Novruzova Ruqiyyə Samir qızının yanmış cəsədi aşkar olunub.

Növbəti hərraca 246 dövlət əmlakı çıxarılıb

15 Yanvar 2018 12:34

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 13 fevral tarixində dövlət əmlakının özəlləşdirilməsi üzrə növbəti hərrac keçiriləcək. Vətəndaşların və potensial investorların bu hərracda özəlləşməyə çıxarılan 246 dövlət əmlakına sahib olmaq imkanı var. Bunlardan 84-ü kiçik dövlət müəssisə və obyekti, 132-i istifadəsiz qeyri-yaşayış sahəsi, 19-u səhmdar cəmiyyətləri, 11-i isə nəqliyyat vasitələridir.

Sabiq deputatdan etiraf: “İsa bəyə daxilimdə həmişə bir hörmət hissi olub”

15 Yanvar 2018 12:32

“Əzəli rəqİblər olsaq da, İsa bəyə daxilimdə həmişə bir hörmət hissi olub”. “OLAYLAR” xəbər verir ki, bu fikirləri sabiq millət vəkili Etibar Hüseynov səsləndirib. O, bildirib ki, Əli Kərimlidən fərqli olaraq adam özü , o cümlədən də ətrafı heç vaxt etik normalardan kənar bir ifadə işlətməyib: “Hətta hadisələrin ən qızğın vaxtında belə. İnsafla desəm İşa bəy haqda demədiyim, yazmadığım qalmayıb.

Nalbandyan öz müşavirindən ABŞ-ı yer üzündən silmək təlimatları alırmış

15 Yanvar 2018 12:30

ABŞ  kriminal-avtoritet Robsonu (Ruben Tatulyan) sanksiya siyahısına daxil etdikdən sonra onun Ermənistan Xarici İşlər Nazirliyinin rəsmi əməkdaşı olduğu, Ermənistana məxsus diplomatik maşında gəzdiyi məlum olub. Eləcə də Ermənistan XİN-in mətbuat xidmətinin rəhbəri Robsonun nazir E.Nalbandyanın müşaviri olduğunu təsdiqlədi.

Lənkəranda MÜƏMMALI HADİSƏ: evlərə basqın edib, insanları döyən kimdir?

15 Yanvar 2018 12:25

Lənkəran rayonunun Liman şəhərində müəmmalı hadisələr baş verir.  Ötən gecə şəhər sakini, 16 yaşlı Abdullayev Heybət Rüfət oğlu və 55 yaşlı Həsənov Nəcəfqulu Şükür oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıb.

İlin ilk tamaşası nümayiş olundu

15 Yanvar 2018 12:23

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının yaradıcı kollektivi ilin ilk tamaşası - “Qətibə İnanc”ı tamaşaçılara təqdim edib. İkihissəli səhnə əsəri görkəmli Azərbaycan yazıçısı Məmməd Səid Ordubadinin “Qılınc və qələm” romanının motivləri əsasında Çingiz Ələsgərli tərəfindən yeni səhnə versiyasında işlənib.

Fond Birjasının binası uçdu

15 Yanvar 2018 12:22

İndoneziyanın paytaxtı Cakarta şəhərində bədbəxt hadisə baş verib. Olaylar.az bildirir ki,  Cakartada yerləşən Fond Birjasının “Qüllə 2” adlı binasının giriş hissəsindəki tavan tamamilə uçub. Hadisə zamanı 46 nəfər yaralanıb və şəhərin müxtəlif xəstəxanalarına yerləşdirilib.

Kritik Kanada görüşü: Dünya ikiyə bölünür

15 Yanvar 2018 12:21

Kanadanın Vankover şəhərində Şimali Koreya nüvə böhranı ilə bağlı zirvə təşkil ediləcək. 16 yanvar tarixində təşkil ediləcək zirvəyə Kanada ilə yanaşı, ABŞ da ev sahibliyi edəcək. Toplantılarda Şimali Koreyanın həm regional, həm də beynəlxalq sülhə və təhlükəsizliyə zərbə vuran nüvə, həmçinin, ballistik raket proqramları müzakirə ediləcək.