Nalbandyan öz müşavirindən ABŞ-ı yer üzündən silmək təlimatları alırmış

ABŞ  kriminal-avtoritet Robsonu (Ruben Tatulyan) sanksiya siyahısına daxil etdikdən sonra onun Ermənistan Xarici İşlər Nazirliyinin rəsmi əməkdaşı olduğu, Ermənistana məxsus diplomatik maşında gəzdiyi məlum olub. Eləcə də Ermənistan XİN-in mətbuat xidmətinin rəhbəri Robsonun nazir E.Nalbandyanın müşaviri olduğunu təsdiqlədi.

"OLAYLAR"-ın xəbərinə görə, Siyasi İnnovasiyalar və Texnologiyalar Mərkəzinin rəhbəri, politoloq Mübariz Əhmədoğlu bildirib ki, Nalbandyan öz müşavirindən ABŞ-ı yer üzündən silmək təlimatları alırmış: "Məhz bunun üçün də Ermənistanın XİN rəhbəri bir nömrəli diplomat olmaqla yanaşı həm sərkərdə, həm də kriminal avtoritetin şəyirdi olmaq istəyirmiş. Erməni mətbuatının yazdığına görə E.Nalbandyanın qaynatası və qaynı Rusiya Federasiyasının Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin generallarıdır. ATƏT, ABŞ və Avropa İttifaqı Ermənistan XİN başçısının belə davranışına fikir versə tənzimlənmənin mahiyyətindən daha ciddi dəyişikliklər yarada bilərlər. Həm də ABŞ-ın yer üzündən silinməsinin qarşısını ala bilərlər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31