Gündəm

"Qarabağ" Ndlovunun yerinə Xamanı gətirir

15 Yanvar 2018 12:18

CAR-lı hücmuçu Dino Ndlovunu 1,5 milyon avroya Çinə satan "Qarabağ" onun yerini Afrika Çempionlar Liqasının qalibi ilə doldurmaq istəyir. Ağdam təmsilçisi CAR-ın "Mamelodi Sandaunz" koamndasında forma geyinən Xama Billiatı heyətinə qatmaq üçün addımlar atmağa başlayıb. Klub Xamaya 2,5 milyon ABŞ dolları qiymət qoyub."Qarabağ" isə 27 yaşlı futbolçu üçün 900 000 manat ödəmək niyyətindədir.

Putin: “Kommunizm yeni bir din, Lenin isə onun peyğəmbəridir”

15 Yanvar 2018 12:17

Rusiya prezidenti Vladimir Putin kommunist ideologiyası ilə bağlı fikirlərini bölüşüb. Putin kommunist ideologiyasının əslində xristianlığa çox bənzədiyini və bu ideologiyanın əsas konsepsiyasının “İncil” kitabından götürüldüyünü deyib.

Poreşenkonun gizli məktubu üzə çıxdı

15 Yanvar 2018 12:15

Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili özünün sosial hesabında Ukrayna prezidenti Petro Poroşenkonun bir neçə il əvvəlki fikirlərini bölüşüb.

Azərbaycan prezidenti iranlı həmkarına başsağlığı verib

15 Yanvar 2018 12:12

Azərbaycan prezidenti İlham Əliyev İran İslam Respublikasının prezidentiHəsən Ruhaniyə başsağlığı verib. Məlumata görə, dövlət başçısının məktubunda deyilir: “Hörmətli cənab Prezident, ölkənizə məxsus tankerin qəzaya uğraması nəticəsində ekipaj üzvlərinin həlak olması barədə xəbər məni olduqca kədərləndirdi.

Enerji içkilərinin fəsadları... – Deputatdan xəbərdarlıq

15 Yanvar 2018 12:10

Enerji içkilərinin sağlamlığa olan zərərləri, istehlakının məhdudlaşdırılması və bu sahədə tənzimləmənin əhəmiyyəti vacib müzakirə mövzularında biridir. Məktəb yaşlı uşaqların əllərində bu içkilərin çox sayda müşahidə edilməsi mövzunu əhəmiyyətli edən səbəblərdəndir.

Rusiyada zəhərlənənlərin sayı 112-yə çatdı

15 Yanvar 2018 12:08

Rusiyanın Ulan-Ude şəhərindəki kafelərin birində kütləvi zəhərlənmə zamanı zərərçəkənlərin sayı 112 nəfərə çatıb.

Həsən Ruhaninin Azərbaycana səfərinin tarixi açıqlandı

15 Yanvar 2018 12:06

İran Prezidenti Həsən Ruhaninin Azərbaycana səfərinin tarixi açıqlanıb. Diplomatik mənbə bildirib ki, İslam Respublikasının Prezidenti martın sonuncu həftəsində Azərbaycana gələcək.  

Komaya düşən millət vəkilinin səhhətindən xəbər var

15 Yanvar 2018 12:02

70 saylı Masallı şəhər seçki dairəsinin deputat Nəriman Əliyevin müalicəsi Respublika Müalicəvi Diaqnostika Mərkəzində davam etdirilir. Yaxınlarının verdiyi məlumata görə, deputatın əməliyyatı çətin keçib: "Buna səbəb xəstəliyinin gec aşkar olunması və müalicəsinə vaxtında başlamaması olub. Bu səbəbdən Nəriman Əliyev bu həftə ərzində xəstəxanada qalacaq".

Bakıda sahibkarlar və menecerlər üçün treninq keçirilib

15 Yanvar 2018 12:01

İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin təşkilatçılığı ilə Bakıda aqrar sahədə fəaliyyət göstərən sahibkarlar və menecerlər üçün treninq keçirilib.

Yaqub Mahmudov: “AMEA dirçəliş dövrünü yaşayır”

15 Yanvar 2018 12:00

 “Ümummilli lider Heydər Əliyevin “Azərbaycan xalqının milli sərvəti” adlandırdığı Azərbaycan Milli Elmlər Akademiyası dirçəliş dövrünü yaşayır”. AMEA-nın Tarix İnstitutundan “Olaylar”a verilən məlumata görə, bunu institut direktoru, akademik Yaqub Mahmudov “Azərsun Holdinq” şirkətinin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr etdiyi diskdəki “Ön söz”də bildirib.Yaqub Mahmudov qeyd edib: “2018-ci il may ayının 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 ili tamam olur. Müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti XX əsrin əvvəllərində olduqca mürəkkəb beynəlxalq şəraitdə yarandı. Yeni yaradılan Azərbaycan Xalq Cümhuriyyəti irqi, milli, dini, sinfi bərabərsizliyi ləğv etdi. Bütün vətəndaşların hüquq bərabərliyi təmin olundu. Qadınlara kişilərlə bərabər seçki hüququ verildi. Ölkənin sərhədləri müəyyənləşdirildi, bayrağı qəbul olundu, himni və gerbi hazırlandı. Ana dili dövlət dili elan olundu. Maarifin və mədəniyyətin inkişafına xüsusi diqqət yetirildi, Azərbaycanın ilk müasir universiteti təsis olundu, təhsil milliləşdirildi, tarixi adlar bərpa edildi. Xarici ölkələrlə qarşılıqlı əlaqələr yaradılmasına başlandı, humanist və sülhsevər siyasət yürüdüldü”.

Avtomobil sığortaçıları üçün sərfəli təklif

15 Yanvar 2018 11:58

2018-ci ilin yanvar ayında “AtaSığorta” ASC öz müştərilərinə yeni məhsul təqdim edib. Şirkətdən “OLAYLAR”-a bildirilib ki, “Sərfəli Sığorta” kasko sığorta məhsulu müştərilərə öz avtomobillərini yarı qiymətə sığortalamaq və nəticədə vəsaitlərinə qənaət etmək imkanı verir.

Nalbandyan həm diplomat, həm sərkərdə və həm də kriminal avtoritetin şəyirdidir

15 Yanvar 2018 11:55

Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan keçən son günlərində hərbi hissələrdən birinə baş çəkib. O, Ermənistan ordusunu regionun  ən döyüş qabiliyyətli ordusu adlandırıb.

“Ən yaxşı bədii film” mükafatına layiq görüldü - "Çölçü"

15 Yanvar 2018 11:54

Rejissor Şamil Əliyevin “Çölçü” filmi “Cult critic movie awards” bu ilin yanvar mövsümünün “Ən yaxşı bədii film” mükafatına layiq görülüb. Olaylar.az bildirir ki, mükafatın təqdimetmə mərasimi bu ilin ortalarında Hindistanın Kolkata şəhərində keçiriləcək.

Lavrov: "ABŞ İranla nüvə razılaşmasını pozmaq istəyir"

15 Yanvar 2018 11:53

"Rəsmi Vaşinqtonun İranla nüvə razılaşması ilə bağlı son bəyanatı optimizm və sabitliyi gücləndirmir". Məlumata görə, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov 2017-ci ilin yekunlarına dair keçirdiyi mətbuat konfransında deyib.

Xəstəxana: İsa Qəmbərin ürəyinə stentlər qoyulub

15 Yanvar 2018 11:51

“İsa Qəmbər ürəyində olan problemlə bağlı çox ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Tərəfimizdən dərhal müdaxilə edildi və onun ürəyinə stentlər qoyuldu”. Bunu Mərkəzi Klinik Xəstəxananın kardioloqu Firdovsi İbrahimov deyib.