Nalbandyan həm diplomat, həm sərkərdə və həm də kriminal avtoritetin şəyirdidir

Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan keçən son günlərində hərbi hissələrdən birinə baş çəkib. O, Ermənistan ordusunu regionun  ən döyüş qabiliyyətli ordusu adlandırıb.

Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan keçən son günlərində hərbi hissələrdən birinə baş çəkib. O, Ermənistan ordusunu regionun  ən döyüş qabiliyyətli ordusu adlandırıb. "OLAYLAR" xəbər verir ki, məsələ ilə bağlı fikirlərini bölüşən Siyasi İnnovasiyalar və Texnologiyalar Mərkəzinin rəhbəri, politoloq Mübariz Əhmədoğlu deyib ki, ilin sonunda hərbi hissəyə baş çəkmək E.Nalbandyanda ənənə halını alıb. Politoloqun sözlərinə görə, E.Nalbandyanın bu hərəkəti diplomatik tənzimlənməyə çalışmadıqlarının, diplomatik tənzimlənmədəki uğursuzluqların etirafıdır: "Bütün Ermənistan rəhbərliyi ilin sonunda hərbi hissələrə baş çəkirlər. Bu Ermənistanın siyasətə deyil, gücə üstünlük verdiyini sübut edir. Azərbaycanın XİN rəhbəri Elmar Məmmədyarov heç zaman hərbi hissəyə baş çəkməyib. Eləcə də bu fikir bütün Azərbaycan rəhbərliyinə şamil edilə bilər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31