Gündəm
Hacı Ələmdar ciddi adam deyil- Mövqe
Marks deyirdi ki, din xalq üçün tiryəkdi. “Kapital”ın müəllifi bu fikri hansı məqsədlə deyib, nəyə əsaslanıb söyləyib bu başqa məsələdi, onunla işim yoxdu. Amma bu gün alman filosofu, siyasətçisi, marksizm-leninizm nəzəriyyəsinin banisi dirilib Azərbaycana gəlsəydi deyərdi ki, din Azərbaycan xalqı üçün hoqqabazlıqdı.
10 gün sonra İrəvanda qiyam olacaq – İddia
10 gün sonra Ermənistanda qiyam ola bilər. Bunu “Lragir.am” saytına müsahibəsində erməni politoloq Levon Şirinyan söyləyib. “Biz kataklizmlərin istənilən an gələ biləcəyi situasiyada yaşayırıq. İnsanlar hələlik bahalaşmanı hiss etmirlər, hələlik yeni il ehtiyatları bitməyib, amma hökumət artıq indidən müzakirələrə başlayıb.
“ABŞ olmasa, ordunu altı ay da saxlaya bilmərik”
ABŞ-ın maliyyə yardımı olmadan Əfqanıstan öz ordusunu altı ay belə saxlaya bilməz. Bunu CBS televiziyasına müsahibəsində Əfqanıstan Prezidenti Əşrəf Qani söyləyib. “Bizim ordunu saxlamaq gücümüz yoxdur. Ona görə ki, pulumuz yoxdur. Bizim ölkədə 21 beynəlxalq terror təşkilatı fəaliyyət göstərir. İstənilən şeyə rəğmən biz savaşı Əfqanıstanın təhlükəsizliyinin tam təmin olunduğu ana qədər davam etdirəcəyik. Lazım olsa, bizdən sonra gələn nəsillər də bu savaşa qoşulacaqlar”, – deyə o bildirib.
Türkiyə həbs etdiyi erməninin adını açıqlamadı – Səbəb
Türkiyədə Ermənistan vətəndaşı saxlanılıb. Bu barədə informasiyanı “Habertürk” qəzeti yayıb. Saxlanılan şəxsin pedofiliyada ittiham olunduğu bildirilir. Onun uzun müddət ərzində uşaq pornoqrafiyasının yayılması ilə məşğul olduğu vurğulanıb.
Avropa Parlamenti ilə əməkdaşlıq prespektivləri müzakirə ediləcək
Milli Məclisin deputatı Cavanşır Feyziyev Fransanın Strasburq şəhərinə səfərə gedəcək. Bu barədə MM-dən “Olaylar”a verilən xəbərə görə, Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri olan millət vəkilimiz Strasburqda Avropa Parlamentinin üzvləri ilə bir sıra görüşlər keçirəcək. Görüşlər çərçivəsində Avropa Parlamentinin rumıniyalı üzvü xanım Norika Nikolayinin Azərbaycanla bağlı hazırladığı məruzə layihəsi ətrafında, həmçinin Milli Məclislə Avropa Parlamenti arasında əməkdaşlığın daha da genişləndirilməsi imkanları ilə bağlı fikir mübadiləsi aparılacaq. Ümumilikdə Cavanşir Feyziyevin Avropa Parlamentinin 20-ə qədər üzvü ilə görüş keçirməsi gözlənilir.
Almaniya ilə miqrasiya sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib
Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev Almaniyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Mixael Kindsqrab ilə görüş keçirib. “OLAYLAR” Miqrasiya Xidmətinə istinadən xəbər verir ki, görüşün keçirilməsində məqsəd Azərbaycanla Almaniya arasında miqrasiya proseslərinin tənzimlənməsi sahəsində əməkdaşlığın mövcud vəziyyətinin, eləcə də Azərbaycanda yaşayan Almaniya vətəndaşlarının və müvafiq olaraq Almaniyada yaşayan Azərbaycan vətəndaşlarının miqrasiya sahəsində üzləşdikləri problemlərin müzakirəsi olub. Görüşdə mövcud ikitərəfli əməkdaşlıq çərçivəsində bu problemlərin həlli yollarına dair fikir mübadiləsi aparılıb.
Məktəblilərin ali təhsil müəssisələrinə ekskursiyası təşkil edilib
Paytaxt məktəbliləri üçün karyera planlama təlimləri çərçivəsində ali təhsil müəssisələrinə ekskursiyalar təşkil edilir. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən “OLAYLAR”-a bildirilib ki, ekskursiyalar zamanı ali məktəblərin müəllim və tələbələri ilə görüşən şagirdlərə fakültələr, ixtisaslar, təqaüd və mübadilə proqramları barədə məlumatlar verilir. Eyni zamanda, görüşlərdə ixtisas seçimi, bu zaman diqqət yetirilməli olan məqamlar, bacarıq və qabiliyyətlərin düzgün qiymətləndirilməsi, əmək bazarındakı vəziyyət və digər məsələlər ətrafında müzakirələr aparılır. Ekskursiyalar çərçivəsində, həmçinin, məktəblilər elmi-tədqiqatlara cəlb olunur, dərs dinləmələrinə qatılır, maraqlandıqları suallara cavab alırlar.
Pensiyalar nə qədər artacaq?
“Rəsmi statistikaya əsasən, Azərbaycanda orta aylıq əmək haqqı ötən il 6.2 faiz artıb. Bu isə o deməkdir ki, bu ay pensiya məbləğləri sözügedən rəqəmə indeksasiya ediləcək. Yəni, pensiya məbləğləri bu ay 6.2 faiz artacaq”. “Olaylar” xəbər verir ki, bunu deyən iqtisadçı ekspert Vüqar Bayramovun sözlərinə görə, yeni pensiya qanunvericiliyinə əsasən indeksasiyada 2 əsas dəyişiklik var: “Birincisi, pensiya məbləği əvvəlki ilin rəsmi infilyasiya məbləğinə deyil, orta aylıq əmək haqqıdakı artım faizinə indeksasiya ediləcək. İkincisi, pensiyaların baza hissəsi ləğv edildiyi üçün artıq “keçmiş baza hissə” deyil, bütövlükdə pensiya məbləği indeksasiya olunacaq.
Pensiyalar nə vaxt veriləcək? - Rəsmi
Bakı şəhəri üzrə əmək pensiyaları sabah hesablara köçürüləcək. Bunu açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev deyib.
Gecə klubunda bıçaqlanan xanımla oğlan… - Açıqlama
Rusiyada məktəbə hücum: azyaşlı şagirdlər bıçaqlandı
Rusiyanın Perm şəhərində naməlum şəxslər məktəbə hücum ediblər. Hücum nəticəsində dördüncü sinifdə təhsil alan 8 şagird və 1 müəllimə xəsarət alıb. Hücum edən şəxsin iki nəfər olduğu bildirilib. Hücumdan sonra məktəbdə yanğın başlayıb. Nəticədə məktəbdəki şagirdlər yaxınlıqda yerləşən KİT ticarət mərkəzinə evakuasiya ediliblər.
“İkili standartlara, ayrı- seçkiliyə yol vermək olmaz”- ŞƏRH
“Hegemon dövlətlərin yürütdükləri ikili sdandartlar ona gətirib çıxarıb kı, bugün dünyada separatizm meylləri güclənib. Kataloniyada baş tutan referendum çox təhlükəli tendensiyanın baş qaldırdığını göstərmiş oldu. Belə çıxır ki, bu gün istənilən çoxluq kompakt halda yaşadığı ərazidə referendum keçirərək özünü müstəqil dövlət adlandıra bilər. Bu, hansı beynəlxalq hüquqdur? Hər bir dövlətin konstitusiyası var. Konstitusiya vətəndaşlar ilə dövlət arasında bağlanan bir müqavilədir. Kimin ixtiyarı var ki, dövlətin konstitusiyasını pozsun? Mərkəzin razılığı olmadan regionlar referendum keçirə bilməzlər. Biz illərdi ki, dünyaya bunu bəyan edirdik. Lakin, bizi eşidən yox idi. Nəticədə bu gün Avropanın əksər ölkələri separatizm meylləri ilə üz-üzədir”. Bunu politoloq Zaur Məmmədov deyib.
İntihar çıxış yolu deyil
“Son günlər yenə intihar xəbərləri eşidirik. İntihar çıxış yolu deyil. Zəifliyin əlaməti və nəticəsi ağır olan işdir”. “OLAYLAR” xəbər verir ki, belə bir açıqlama ilə ilahiyyat üzrə fəlsəfə doktoru Əkrəm Həsənov çıxış edib: “Özünüzü uçuruma aparmayın. Məgər siz Cəhənnəm oduna dözə biləcəksinizmi?.
Ermənilər 122 dəfə atəşkəsi pozub
“OLAYLAR” Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 122 dəfə pozub. Ermənistan Respublikası İcevan rayonunun Paravakar, Berkaber kəndlərində və Noyemberyan rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq, Qazax rayonunun Kəmərli, Qaymaqlı, Məzəm kəndlərində və adsız yüksəkliklərdə, Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağbulaq kəndində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində yerləşən mövqelərimiz atəşə tutulub.
İraqda ard –arda İKİ PARTLAYIŞ
İraqın paytaxtı Bağdadşəhərində səhər saatlarında ard –arda iki partlaytış qeydə alınıb. Olaylar.az bildirir ki, kamikadzaler tərəfindən həyata keçirilən partlayış zamanı ən azı 26 nəfərin həlak olduğu bildirilir.






.jpg)







