İntihar çıxış yolu deyil

“Son günlər yenə intihar xəbərləri eşidirik. İntihar çıxış yolu deyil. Zəifliyin əlaməti və nəticəsi ağır olan işdir”. “OLAYLAR” xəbər verir ki, belə bir açıqlama ilə ilahiyyat üzrə fəlsəfə doktoru Əkrəm Həsənov çıxış edib: “Özünüzü uçuruma aparmayın. Məgər siz Cəhənnəm oduna dözə biləcəksinizmi?.

"Son günlər yenə intihar xəbərləri eşidirik. İntihar çıxış yolu deyil. Zəifliyin əlaməti və nəticəsi ağır olan işdir". "OLAYLAR" xəbər verir ki, belə bir açıqlama ilə ilahiyyat üzrə fəlsəfə doktoru Əkrəm Həsənov çıxış edib: "Özünüzü uçuruma aparmayın. Məgər siz Cəhənnəm oduna dözə biləcəksinizmi?. Hətta peyğəmbərimiz də hədislərində buyurur ki, kim hansı formada intihar edirsə, cəhənnəmdə də eyni tərzdə cəzalandırılacaq. Qurani-Kərimdə özünüzü öldürməyin, deyə ayə var. Bütün bunların timsalında deyə bilərəm ki, İslam dini qəti şəkildə insanların özünə qəsd etməsinə icazə vermir. Təsəvvür edin ki, Peyğəmbərin dönəmində bəzi insanlar intihar etmişdi, onların cənazə namazlarını qılmayıblar. Bu bir növ insanları intihardan çəkindirmək məqsədilə olub. Fikirləşmək lazımdır ki, bu bizim hazırda yaşadığımız bədənimiz bir qəlibdir. O qəlibi Allah bizə əmanət kimi verib. Hansısa formada biz həmin əmanətə zərbə vururuqsa, ziyan veririksə, bu verilən əmanətə qarşı xəyanətdir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31