Almaniya ilə miqrasiya sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib

Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev Almaniyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Mixael Kindsqrab ilə görüş keçirib. “OLAYLAR” Miqrasiya Xidmətinə istinadən xəbər verir ki, görüşün keçirilməsində məqsəd Azərbaycanla Almaniya arasında miqrasiya proseslərinin tənzimlənməsi sahəsində əməkdaşlığın mövcud vəziyyətinin, eləcə də Azərbaycanda yaşayan Almaniya vətəndaşlarının və müvafiq olaraq Almaniyada yaşayan Azərbaycan vətəndaşlarının miqrasiya sahəsində üzləşdikləri problemlərin müzakirəsi olub. Görüşdə mövcud ikitərəfli əməkdaşlıq çərçivəsində bu problemlərin həlli yollarına dair fikir mübadiləsi aparılıb.

Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev Almaniyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Mixael Kindsqrab ilə görüş keçirib. "OLAYLAR" Miqrasiya Xidmətinə istinadən xəbər verir ki, görüşün keçirilməsində məqsəd Azərbaycanla Almaniya arasında miqrasiya proseslərinin tənzimlənməsi sahəsində əməkdaşlığın mövcud vəziyyətinin, eləcə də Azərbaycanda yaşayan Almaniya vətəndaşlarının və müvafiq olaraq Almaniyada yaşayan Azərbaycan vətəndaşlarının miqrasiya sahəsində üzləşdikləri problemlərin müzakirəsi olub. Görüşdə mövcud ikitərəfli əməkdaşlıq çərçivəsində bu problemlərin həlli yollarına dair fikir mübadiləsi aparılıb.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışan Xidmət rəisi bir daha xatırladıb ki, Azərbaycan torpaqlarının iyirmi faizinin Ermənistan tərəfindən işğalı nəticəsində islam dininə aid bütün tarixi abidələr, o cümlədən məscidlər, ziyarətgahlar dağıdılıb. Lakin ölkəmizin paytaxtında ermənilərə məxsus kilsə hələ də qalmaqdadır.

Mixael Kindsqrab Almaniyanın Azərbaycan Respublikasının ərazi bütövlüyünə hörmətlə yanaşdığını, mövcud status-kvonun dözülməz olduğunu qeyd edib, münaqişənin sülh yolu ilə müəyyən olunmuş beynəlxalq hüquq normaları çərçivəsində həllinin əsas hədəf olmasının vacibliyini vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31