“Ən yaxşı bədii film” mükafatına layiq görüldü - "Çölçü"

Rejissor Şamil Əliyevin “Çölçü” filmi “Cult critic movie awards” bu ilin yanvar mövsümünün “Ən yaxşı bədii film” mükafatına layiq görülüb. Olaylar.az bildirir ki, mükafatın təqdimetmə mərasimi bu ilin ortalarında Hindistanın Kolkata şəhərində keçiriləcək.

Rejissor Şamil Əliyevin "Çölçü" filmi "Cult critic movie awards" bu ilin yanvar mövsümünün "Ən yaxşı bədii film" mükafatına layiq görülüb.

Olaylar.az bildirir ki, mükafatın təqdimetmə mərasimi bu ilin ortalarında Hindistanın Kolkata şəhərində keçiriləcək.

Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə "Azərbaycanfilm" kinostudiyasında istehsal olunmuş film bir sıra beynəlxalq festivallarda nümayiş olunaraq mükafatlara layiq görülüb. "Çölçü" filminin ssenari müəllifi Vidadi Həsənov, quruluşçu operatoru Rafiq Quliyev, quruluşçu rəssamları Rafiq Nəsirov və İbrahim Aminovdur. Rollarda Vidadi Həsənov, Bəhruz Vaqifoğlu, Cavidan Məmmədov və başqaları çəkilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31