Avtomobil sığortaçıları üçün sərfəli təklif
2018-ci ilin yanvar ayında “AtaSığorta” ASC öz müştərilərinə yeni məhsul təqdim edib. Şirkətdən “OLAYLAR”-a bildirilib ki, “Sərfəli Sığorta” kasko sığorta məhsulu müştərilərə öz avtomobillərini yarı qiymətə sığortalamaq və nəticədə vəsaitlərinə qənaət etmək imkanı verir.
15 Yanvar 2018 11:58 Sosial2018-ci ilin yanvar ayında "AtaSığorta" ASC öz müştərilərinə yeni məhsul təqdim edib. Şirkətdən "OLAYLAR"-a bildirilib ki, "Sərfəli Sığorta" kasko sığorta məhsulu müştərilərə öz avtomobillərini yarı qiymətə sığortalamaq və nəticədə vəsaitlərinə qənaət etmək imkanı verir. Belə ki, sığorta müqaviləsi bağlanan zaman Sığortalı sığorta haqqının birinci yarısını ödəyir. İkinci yarısı isə yalnız sığorta müddəti ərzində baş vermiş sığorta hadisəsi üzrə sığorta ödənişi həyata keçirildiyi təqdirdə Sığortalı tərəfindən ödənilir. Lakin sığorta müddəti ərzində sığorta hadisəsi baş vermədiyi təqdirdə ikinci yarısı Sığortalı tərəfindən ödənilmir. Məsələn: dəyəri 10 000 AZN olan avtomobili 100 AZN azadolma ilə sığortalamaq üçün müştəri 400 AZN sığorta haqqı ödəməlidirsə, cəmi 200 AZN (50%-i) ödəyir. İl ərzində sığorta hadisəsi baş vermədiyi halda sığorta haqqının ikinci hissəsini ödəmək lazım olmayacaq. Sığorta təminatına avtonəqliyyat hadisəsi, atılmış və ya düşmüş əşya, üçüncü şəxsin qanunazidd hərəkəti, oğurluq, quldurluq, qaçırma və soyğunçuluq, yanğın və partlayış, təbii fəlakət və heyvanların hərəkəti kimi risklər daxildir.