İlin ilk tamaşası nümayiş olundu

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının yaradıcı kollektivi ilin ilk tamaşası - “Qətibə İnanc”ı tamaşaçılara təqdim edib. İkihissəli səhnə əsəri görkəmli Azərbaycan yazıçısı Məmməd Səid Ordubadinin “Qılınc və qələm” romanının motivləri əsasında Çingiz Ələsgərli tərəfindən yeni səhnə versiyasında işlənib.

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının yaradıcı kollektivi ilin ilk tamaşası - "Qətibə İnanc"ı tamaşaçılara təqdim edib.

İkihissəli səhnə əsəri görkəmli Azərbaycan yazıçısı Məmməd Səid Ordubadinin "Qılınc və qələm" romanının motivləri əsasında Çingiz Ələsgərli tərəfindən yeni səhnə versiyasında işlənib.

Xalq Artisti Mərahim Fərzəlibəyevin quruluşunda təqdim olunan tamaşada rolları Xalq Artisti Bəsti Cəfərova, Əməkdar artistlər Sabir Məmmədov, Kazım Abdullayev, Mirzə Ağabəyli, Elxan Quliyev, Məzahir Cəlilov, Əlvida Cəfərov, aktyorlar Rövşən Kərimduxt, Rüstəm Rüstəmov, İlyas Əhmədov, Şəhla İsmayılova, Fidan Cəfərova, aktyor Elnur Qədirov və Cümşüd Zeynalov ifa edib. Tamaşada rəsmlərinin quruluşu Əməkdar Mədəniyyət İşçisi İlham Elxanoğlu, musiqi tərtibatı Kamil İsmayılova məxsusdur.

Qeyd edək ki, ilk dəfə 1977-ci ildə görkəmli rejissor Tofiq Kazımov "Qılınc və qələm" əsərini tamaşaya hazırlayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31