Fond Birjasının binası uçdu

İndoneziyanın paytaxtı Cakarta şəhərində bədbəxt hadisə baş verib. Olaylar.az bildirir ki,  Cakartada yerləşən Fond Birjasının “Qüllə 2” adlı binasının giriş hissəsindəki tavan tamamilə uçub. Hadisə zamanı 46 nəfər yaralanıb və şəhərin müxtəlif xəstəxanalarına yerləşdirilib.

İndoneziyanın paytaxtı Cakarta şəhərində bədbəxt hadisə baş verib. Olaylar.az bildirir ki,  Cakartada yerləşən Fond Birjasının "Qüllə 2" adlı binasının giriş hissəsindəki tavan tamamilə uçub.

Hadisə zamanı 46 nəfər yaralanıb və şəhərin müxtəlif xəstəxanalarına yerləşdirilib. Binanda olan digər işçilər isə dərhal ərazidən uzaqlaşdırılıblar. Fondun mətbuat katibi Rheza Andhika birjada əməliyyatların baş vermiş hadisə ilə əlaqədar olaraq qısa müddətlik dayandıralacağını açıqlayıb. Bundan əlavə Andika bildirib ki, hadisə zamanı işçilər nahar fasiləsi üçün binadan kənarda olduqları üçün böyük faciə yaşanmayıb.

Hadisə ilə bağlı cinayət işi başladılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31