İstirahət günləri yol qəzalarında 6 nəfər ölüb, 7-si yaralanıb

Yanvarın 13-dən 15-dək respublikanın daxili işlər orqanlarında 183 cinayət faktı qeydə alınıb, onların 38-i “isti izlər”lə açılıb. Daxili İşlər Nazirliyindən “Olaylar”a bildirilib ki, axtarışda olduğuna görə 13 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Yanvarın 13-dən 15-dək respublikanın daxili işlər orqanlarında 183 cinayət faktı qeydə alınıb, onların 38-i "isti izlər"lə açılıb. Daxili İşlər Nazirliyindən "Olaylar"a bildirilib ki, axtarışda olduğuna görə 13 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Respublikanın avtomobil yollarında 10 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 6 nəfər ölüb, 7 nəfər xəsarət alıb. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 16 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 46 nəfər saxlanılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31