Ermənistan parlamenti qiymət artımı ilə bağlı dinləmə keçirəcək
Ermənistanda bəzi məhsulların qiymətinin qalxması ictimai narazılığa səbəb olub. Məlumata görə, Ermənistan Milli Assambleyası qiymət artımı və ölkədə inflyasiyanın həddinin azaldılması yollarını müzakirə etmək üçün yanvarın 23-də dinləmələr keçirəcək.
15 Yanvar 2018 13:33 DünyaErmənistanda bəzi məhsulların qiymətinin qalxması ictimai narazılığa səbəb olub. Məlumata görə, Ermənistan Milli Assambleyası qiymət artımı və ölkədə inflyasiyanın həddinin azaldılması yollarını müzakirə etmək üçün yanvarın 23-də dinləmələr keçirəcək.
Qeyd edək ki, bu barədə parlamentin spikeri Ara Babloyab deyib. Yanvarın 1-dən qüvvəyə minən Vergi Məcəlləsinə görə, dizel, benzin və təbii qaz da daxil olmaqla bəzi məhsulların aksiz vergisi artırılıb. Buna görə də həmin məhsulların qiymətində artım olub. Azadinform.az