Azərbaycanın uğurlu energetika siyasəti
Azərbaycan iqtisadiyyatının dinamik inkişafı özünü bir sıra sahələrdə büruzə verməkdədir. Xüsusən, energetika və nəqliyyat sahələridə əldə edilən naliyyətlər heç şübhəsiz ki, prezident İlham Əliyevin həyata keçirdiyi düşünülmüş iqtisadi siyasət nəticəsində mümkün olub. Elə yola saldığımız 2017-ci ildə də energetika və nəqliyyat sahəsində bir sıra tarixi hadisələr baş verdi ki, həmin hadisələr ölkə iqtisadiyyatının gələcək inkişafı üçün təməl rolu oynayacaq.
15 Yanvar 2018 14:11 İqtisadiyyatÖlkənin iqtisadi və siyasi maraqlarını təmin edir
Azərbaycan iqtisadiyyatının dinamik inkişafı özünü bir sıra sahələrdə büruzə verməkdədir. Xüsusən, energetika və nəqliyyat sahələridə əldə edilən naliyyətlər heç şübhəsiz ki, prezident İlham Əliyevin həyata keçirdiyi düşünülmüş iqtisadi siyasət nəticəsində mümkün olub. Elə yola saldığımız 2017-ci ildə də energetika və nəqliyyat sahəsində bir sıra tarixi hadisələr baş verdi ki, həmin hadisələr ölkə iqtisadiyyatının gələcək inkişafı üçün təməl rolu oynayacaq. "Cənub Qaz Dəhlizi", Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Qars, "Şimal-Cənub" layihələrinin və digər önəmli layihələrin reallaşdırılması Azərbaycanın həm də dünya ölkələrinə verdiyi iqtisadi töhvə kimi qəbul edilə bilər. Sözügedən tarixi hadisələrdə biri "Azəri- Çıraq-Günəşli" yatağı üzrə kontraktın 2050-ci ilə qədər uzadılması idi ki, bununla da Azərbaycan üçün yeni imkanlar açılmış oldu. Məlum olduğu kimi ötən il Azərbaycan hökuməti və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) "BP", "Chevron", "İNPEX", "Statoil", "ExxonMobil", "TP", "İTOCHU" və "ONGC Videsh" şirkətləri ilə "Azəri", "Çıraq" yataqları və "Günəşli" yatağının dərinsulu hissəsinin (AÇG) birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında dəyişdirilmiş və yenidən işlənmiş sazişi imzalandı. Qeyd edək ki, Xəzər dənizinin Azərbaycan sektorunda "Azəri", "Çıraq" yataqlarının və "Günəşli"(AÇG) yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş saziş Azərbaycan üçün yeni imkanlar açır. Belə ki, Azərbaycana çatacaq mənfəət neftinin səviyyəsi 75% təşkil edəcək. Prezident İlham Əliyev bildirib ki, müqavilənin ölkəmiz üçün böyük əhəmiyyəti var: "Bu yataqların işlənməsi 2050-ci ilə qədər uzadılır. Bu kontrakt Azərbaycan üçün daha əlverişli, daha yaxşı şərtlərlə imzalanır. Kontrakt imzalanandan sonra ölkəmizə xarici investorlar tərəfindən 3,6 milyard dollar bonus ödəniləcək. SOCAR-ın payı 25%-ə qaldırılır. Azərbaycana çatacaq mənfəət neftinin səviyyəsi 75% təşkil edəcək. "Əsrin müqaviləsi" imzalanan zaman AÇG-də 511 milyon ton neft olduğu ehtimal edilirdi. Ancaq ehtiyatlar proqnozları üstələdi. Hazırda "Azəri-Çıraq-Günəşli"də hasil edilməmiş 500 milyon ton neft var". Mütəxəssislərin qənaətinə görə, məhz "Əsrin müqaviləsinin" yenilənməsi nəticəsində Azərbaycanın neft sektoruna xarici investisiyalar tətəfindən dha böyük sərmayə yatırılacaq. Nəticədə əldə edilən vəsait hesabına real sektorun sürətli inkişafı təmin ediləcək. Nəticədə yaxın illərdə Azərbaycan iqtisadiyyatının neftdən asılılığını optimal həddə endirmək mümkün olacaq. Yatırılan investisiyalar iqtisadiyyatın bütün sahələrinə müsbət təsirini göstərəcək ki, bununla da yeni iş yerlərinin, yeni istehsal və emal müəssisələrinin yaradılması mümkün olacaq. Müqavilə üzrə Azərbaycanın əldə etdiyi qazanclardan biri ondan ibarət olacaq ki, SOCAR-ın payı 11 faizdən 25-ə qədər qaldırılacaq ki, bununlıa da əldə edilən mənfəətin 75 faizi ölkəmizdə qalacaq. Sadalanan faktlar deməyə əsas verir ki, "Əsrin müqaviləsin"nin yenilənməsi Azərbaycan dövlətinin inkişafında rolu və yeri əvəzsizdir. Bu, Azərbaycanda uğrlu və tarixi neft strategiyasının təntənəsidir. Bu baxımdan yeni Sazişin imzalanması Azərbaycanın inkişafında və tərəqqisində yeni mərhələ təşkil edəcəyi şübhə doğurmur. Artıq Azərbaycanın iqtisadi potensialı müstəqi siyasət yürütmək imkanını artırmaqdadır. Təsadüfi deyil ki, prezident İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında qeyd edib ki, Azərbaycan bu gün dünya miqyasında müstəqil siyasət aparan ölkələrdən biridir: "Belə ölkələrin sayı çox deyil, xüsusilə əhali və ərazi baxımından böyük olmayan ölkələrə bu, o qədər də xas deyil. Biz isə müstəqillik yolu ilə gedirik və azad, müstəqil həyatımız bizim üçün hər şeydən üstündür. Ona görə iqtisadi potensialımız, sadəcə olaraq, bizə iqtisadi məsələlərin həlli üçün lazım deyil. Bizim iqtisadi potensialımız siyasi gücümüzü artırır, bölgədəki vəziyyətimizi möhkəmləndirir, imkan verir ki, ölkəmizin uzunmüddətli strategiyasını düzgün müəyyənləşdirək və onu icra edək. "Cənub Qaz Dəhlizi", Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Qars, "Şimal-Cənub" layihələrinin və digər önəmli layihələrin maliyyələşməsində əlbəttə ki, bizim iqtisadi gücümüz əsas rol oynamışdır. Biz önəmli strateji layihələrin icrası üçün xarici kreditlər də almışıq. Ancaq əgər bizim çox möhkəm iqtisadi vəziyyətimiz olmasaydı, bu kreditləri ala bilməzdik. Biz yaxşı xatırlayırıq ki, pulumuz olmayanda bizə kredit vermək istəyənlərin sayı çox deyildi, demək olar ki, yox idi. Elə ki, biz iqtisadi cəhətdən gücləndik, Neft Fondunun vəsaiti artmağa başladı, ondan sonra bizə kredit vermək istəyənlərin sayı çoxaldı və biz artıq bu seçimi edirik".
Onu da qeyd edək ki, hazırda Azərbaycandan neft və neft məhsulları dünyanın 30-dək ölkəsinə ixrac edilir. Eyni zamanda, ölkəmiz son illərdə təbii qaz ehtiyatlarına görə də diqqəti cəlb edir. Bu gün Azərbaycan həm regionun, həm də Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində, dünyanın qlobal enerji bazarında ciddi rol oynayan ölkədir. Bir sıra Avropa ölkələrinin qaz bazarında Azərbaycanın payı 40 faizədək artıb. 2012-ci ildə Türkiyə və Azərbaycan siyasi rəhbərliyinin fəaliyyəti nəticəsində Trans-Anadolu kəmərinin tikintisi ilə bağlı razılıq əldə edildi. Azərbaycanın müəllifi olduğu və Türkiyə ilə birlikdə reallaşdırılan TANAP layihəsi həyata keçirildikdən sonra Avropanın təbii qaz bazarında ölkənin rolu daha da yüksələcək. Bu layihə bizim uzunmüddətli inkişafımızı, onilliklər ərzində Azərbaycanın iqtisadi və digər maraqlarını təmin etmək üçün ciddi vasitə olacaq. Azərbaycanın mövcud qaz ehtiyatları bundan sonrakı 100 il ərzində respublikanın və tərəfdaş dövlətlərin mavi yanacağa olan tələbatının ödənməsinə imkan verəcək. Bununla yanaşı, 2013-cü ildə TAP layihəsi - Trans-Adriatik kəmərinin əsas ixrac marşrutu kimi seçilməsi də tarixi hadisə oldu. Hazırda beynəlxalq əməkdaşlıq məkanına çevrilmiş Xəzər hövzəsi malik olduğu zəngin karbohidrogen ehtiyatları hesabına bir sıra qlobal enerji layihələrinin reallaşdırıldığı mərkəz kimi diqqət çəkir. Bu baxımdan Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" yatağı xüsusi əhəmiyyət kəsb edir. 2013-cü il dekabr ayının 17-də Bakıda layihə üzrə yekun investisiya qərarının imzalanması ilə "Şahdəniz" yatağının tammiqyaslı işlənməsi həlledici mərhələyə qədəm qoydu. Azərbaycan Prezident İlham Əliyevin bəyan etdiyi kimi "Şahdəniz- 2" enerji layihəsi dünyanın ən iri enerji layihələrindən biridir. Bu layihə enerji təhlükəsizliyi və enerjinin şaxələndirilməsi layihəsidir. Məhz Azərbaycanın uzun illər ərzində apardığı enerji siyasəti nəticəsində bu böyük layihə artıq reallaşır. Ümumiyyətlə isə, "Şahdəniz-2", TANAP və TAP kimi layihələr uzun illər Azərbaycanın iqtisadi və siyasi maraqlarını təmin edəcək.
O da bəllidir ki, belə iritutumlu layihələrin reallaşması, müqavəlinin baş tutması, ərsəyə gəlməsi və imzalanması elə də asan başa gəlmir. Üstəlik həmin lahihələrin həyata keçirilməsinə açıq və ya gizli şəkildə maneəçilik törədən qüvvələrin mövcudluğunu nəzərə alsaq, qətiyyətlə deyə bilərik onların reallaşmasında prezident İlham Əliyevin siyasi iradəsi müstəsna rol oynayıb. Digər tərəfdən, sadalanan layihələrin reallaşması Azərbaycanın, o cümlədən, ölkə Prezidentinin dünyadakı nüfuzunun və yerinin göstəricisi kimi qəbul edilir: "Azərbaycan artıq Cənubi Qafqaz regionunda əsas söz sahibi olan dövlət kimi çətin geosiyasi şəraitdə müstəqil xarici siyasət həyata keçirir. Hazırda mühüm geosiyasi məkan kimi Azərbaycan regionda sülhün və təhlükəsizliyin təmin olunması üçün dayaq nöqtəsi, ən perspektivli tərəfdaş hesab edilir". Sonda vurğulayaq ki, Azərbaycan zəngin neft resurslarınından daxil olan valyuta ehtiyatlarını səmərəli şəkildə xərcləməklə, iqtisadiyyatın bütün sektorlarının dinamik inkişafı üçün əlverişli baza yaratmağa nail olub və hazırda qeyri-neft sektoru valyuta gətirə biləcək strateji bölməyə çevrilib.
Zəka