Lavrov prezident seçkisindən sonra vəzifədə qalıb-qalmayacağı ilə bağlı suala cavab verib
Rusiya xarici işlər naziri Sergey Lavrov bu ilin mart ayında keçiriləcək prezident seçkisindən sonra nə işlə məşğul olacağı ilə bağlı suala cavab verib. Məlumata görə, 2017-ci ilin yekunlarına dair keçirdiyi mətbuat konfransında S. LavrovXarici İşlər Nazirliyinin effektiv işini təmin edəcəyini söyləyib: "Bizim Konstitusiyamız var, hansı ki, hökumətin formalaşdırılması qaydasını dəqiq müəyyən edir.
15 Yanvar 2018 14:32 SiyasətRusiya xarici işlər naziri Sergey Lavrov bu ilin mart ayında keçiriləcək prezident seçkisindən sonra nə işlə məşğul olacağı ilə bağlı suala cavab verib. Məlumata görə, 2017-ci ilin yekunlarına dair keçirdiyi mətbuat konfransında S. LavrovXarici İşlər Nazirliyinin effektiv işini təmin edəcəyini söyləyib: "Bizim Konstitusiyamız var, hansı ki, hökumətin formalaşdırılması qaydasını dəqiq müəyyən edir. Sizi əmin edirəm ki, bu qayda tam şəkildə saxlanılacaq. O ki qaldı mənə, mən XİN-in işini maksimal dərəcədə effektiv təmin etməkdən başqa heç nəyə öyrəşməmişəm. Bu mənim əsas vəzifəmdir". Apa.az