“Türk Hava Yolları” viza ilə bağlı yeni qaydaların tətbiqinə başlayıb
“Türk Hava Yolları” aviaşirkəti vizalar iləbağlı yeni qaydaların tətbiqinə başlayıb. “OLAYLAR”-ın xəbərinə görə, yeni qaydalara əsasən, müştərilər viza müraciətləri ilə bağlı rədd cavabı aldığı təqdirdə “Türk Hava Yolları” aviaşirkətindən alınmış Bakı çıxışlı biletlərin qaytarılması“ viza müraciəti rəddi zamanı qaytarıla bilər” bəndi olmadığı halda belə mümkündür. Yəni müştəri bilet üzrə etdiyi ödənişi bilet aldığı turizm agentliyindən və ya “Türk Hava Yolları”nın Bakı ofisindən geri ala bilər.
15 Yanvar 2018 14:00 Sosial"Türk Hava Yolları" aviaşirkəti vizalar iləbağlı yeni qaydaların tətbiqinə başlayıb. "OLAYLAR"-ın xəbərinə görə, yeni qaydalara əsasən, müştərilər viza müraciətləri ilə bağlı rədd cavabı aldığı təqdirdə "Türk Hava Yolları" aviaşirkətindən alınmış Bakı çıxışlı biletlərin qaytarılması" viza müraciəti rəddi zamanı qaytarıla bilər" bəndi olmadığı halda belə mümkündür. Yəni müştəri bilet üzrə etdiyi ödənişi bilet aldığı turizm agentliyindən və ya "Türk Hava Yolları"nın Bakı ofisindən geri ala bilər.
Bunun üçün müştəri uçuşdan ən gec 48 saat öncə müraciət etməlidir. Müraciət zamanı viza üzrə aldığı rədd cavabı məktubunu təqdim etmək mütləqdir.