Gündəm
Müşviq İsayevin xatirəsinə açıq Respublika turniri keçiriləcək
16-17 yanvar 2018-ci il tarixdə Bakı İdman Sarayında Müşviq İsayevin xatirəsinə həsr olunmuş sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmələr arasında sayca 21-ci açıq Respublika turniri keçiriləcək. AGF-dən “OLAYLAR”-a bildirilib ki, turnir 20 yanvar şəhidi Müşviq İsayevin xatirəsini yad etmək, yeniyetmə güləşçilərin idman ustalığını artırmaq, perspektivli güləşçiləri aşkarlamaq, sərbəst və yunan-Roma güləşinin inkişafına və kütləviliyinə nail olmaq məqsədilə keçirilir.
IBM və SOCAR şirkətləri birgə müəssisə yaratdılar
SOCAR və IBM şirkətləri “Caspian Innovation Center” adlı birgə müəssisə yaratdıqlarını bəyan edirlər. “OLAYLAR” SOCAR-a istinadən xəbər verir ki, Yeni analitika və təchizat mərkəzinin əsas məqsədi Azərbaycanda, Xəzər regionunda və digər ölkələrdə, ilk növbədə neft-qaz sənayesi üzrə, rəqabət qabiliyyətli informasiya texnologiyaları (İT), biznes transformasiyası və müvafiq məsləhət xidmətlərini həyata keçirməkdir.
Yol ötürücüsündə hərəkət məhudlaşdırılır
Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 114-cü km-də (Hacıqabul şəh.) yerləşən yol ötürücüsünün sol yarım hissəsindəki (Bakı şəh.istiqaməti) deformasiyaya uğramış körpü aşırımlarının dəyişdirilməsi işləri aparılır. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən “OLAYLAR”-a bildirilib ki, aparılan bərpa işləri ilə əlaqədar olaraq körpünün sözügedən hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırlacaq.
Pensiyaçılara daha bir şad xəbər
Hər il olduğu kimi əmək pensiyalarının indeksləşdirilməsi ilə bağlı Azərbaycan Prezidentinin ayrıca sərəncamının imzalanacağı gözlənilir. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev bildirib. E.Babayev qeyd edib ki, həmin sərəncamla Dövlət Statistika Komitəsinin 2017-ci il üçün ölkə üzrə orta aylıq nominal əməkhaqqının artım göstəricisi barədə təqdim edəcəyi məlumat əsasında əmək pensiyalarının cari il yanvarın 1-dən həmin qədər artırılması həyata keçiriləcək:“İndeksləşdirmə ötən illərdən fərqli olaraq yeni mexanizmlə həyata keçiriləcək. Belə ki, “Əmək pensiyaları haqqında” Qanuna edilmiş və 2017-ci il iyulun 1-dən tətbiqinə başlanılan dəyişikliklərə əsasən, əmək pensiyalarında “baza hissəsi” və “sığorta hissəsi” anlayışları aradan qalxıb.
Azərbaycanda insan alveri - 8 cinayətkar qrup zərərsizləşdirilib
İnsan alverinin və bu cinayətin qurbanlarının müəyyən edilməsi üzrə Milli Fəaliyyət Planı əsasında 2017-ci ildə görülən işlər çərçivəsində 142 insan alveri və 6 məcburi əmək cinayəti müəyyən edilib, 17 nəfərdən ibarət 8 cinayətkar qrup zərərsizləşdirilib.
Adriana Lima hansı məşhur türk müğənnisini izləyir?
Türk yazarı Metin Hara ilə eşq yaşayan məşhur model Adriana Lima sosial şəbəkə hesabından daha bir türkü izləyir. Olaylar.az bildirir ki, türk müğənnisi Gülşənin “Dan Dan” mahnısı ilə dostlarıyla əylənən model musiqini çox bəyənib.
Piyadanı vurub qaçan sürücü saxlanıb
Bakıda ölümlə nəticələnən yol qəzası törədərək hadisə yerindən qaçan sürücü tutulub. Bakı şəhər prokurorluğu və şəhər Baş Polis İdarəsindən verilən birgə məlumatda bildirilir ki, Sabunçu rayonunun polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində yol nəqliyyat hadisəsi törədərək hadisə yerindən qaçmış sürücü tutularaq istintaqa cəlb edilib.
İki bacı dəm qazından zəhərlənib
Bakıda iki bacı dəm qazından zəhərlənib. Zəhərlənmə faktı Lökbatan qəsəbəsi, 1-ci massiv küçəsində qeydə alınıb. Məlumata görə, 1984-cü il təvəllüdlü Gülmirə İsaxan qızı Cəbrayılova və 1994-cü il təvəllüdlü Samirə İsaxan qızı Cəfərli 1 saylı şəhər xəstəxanasının Toksikologiya şöbəsinə yerləşdiriliblər.
Mərkəzi Bankın ehtiyatları 1.3 mlrd.dollar artıb
2017-ci ildə Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatı 25.4 faiz artıb. “Olaylar” xəbər verir ki, bu barədə AMB məlumat yayıb. AMB-nin məlumatına görə, ötən il valyuta ehtiyatının həcmi 5 milyard 334 milyon dollar olub. Bu isə ötən illə müqayisədə 1 milyard 360 milyon dollar və ya 25.4 faiz çoxdur.
Nazirlikdən vergi ödəyicilərinə jest
Vergilər Nazirliyi sadələşdirilmiş vergi ödəyiciləri üçün hesabatların verilməsi vaxtını bir qədər uzadıb. Bu barədə “Olaylar”a nazirliyin Media və Kommunikasiya Mərkəzindən məlumat verilib. Məlumata görə, vergi ödəyiciləri tərəfindən 2017-ci ilin IV rübünə görə sadələşdirilmiş verginin bəyannaməsi 2018-ci il yanvarın 22-dən gec olmayaraq vergi orqanına təqdim edilməli və rüb üzrə hesablanmış vergilər həmin müddətədək tam həcmdə dövlət büdcəsinə ödənilməlidir. Bu qərarın verilməsinə səbəb yanvarın 20-21-nin qeyri-iş günləri olması ilə bağlıdır.
Vasif Məhərrəmlinin Qazaxdakı dəbdəbəli evi - VİDEO
"Evdəkilərə salam" verilişinin qonağı bu dəfə Vasif Məhərrəmli olub. Sənətçi proqram heyətini Qazaxda yerləşən evində qonaq edib. O ata ocağını özü tikib düzəltdirdiyini söyləyib: "Kənddə bu şəraiti yaratmaq gözəldir.
Qızları yeyən 60 yaşlı manyak həbsdən çıxdı- VİDEO
İngiltərədə Meksika əsilli 14 yaşlı qızla zorla cinsi münasibətdə olub, öldürdükdən sonra yeməyə çalışan "Hannibal" ləqəbli manyak Dale Bolingerin ABŞ-ın Nebraska əyalətində geri döndüyü xəbəri əhalini gərgin duruma salıb.
Xəstəliyə görə hərbi xidmətdən buraxılmış hərbçilərə əlilliyin müəyyən edilməsi proseduru müəyyənləşib
Hərbi xidmətdən xəstəliyə görə buraxılmış hərbi qulluqçulara, hərbi xidmətdən digər əsaslara görə buraxılmış şəxslərə hərbi xidmətlə əlaqədar əlillik səbəblərinin müəyyən edilməsi qaydaları müəyyənləşib.
Ərdoğan prezident seçkilərində namizəd olacaq?
Rəcəb Tayyib Ərdoğan 2019-cu ildə keçiriləcək dövlət başçısı seçkilərində öz namizədliyini irəli sürəcək. Bunu mətbuata açıqlamasında Türkiyənin mədəniyyət və turizm naziri Numan Kurtulmuş deyib. Nazir bildirib ki, R.T.Ərdoğan Ədalət və İnkişaf Partiyasının (AKP) qismində namizədliyini irəli sürəcək.
Avropa ölkələrində yayılan qızılcanın Azərbaycanda "alovlanma təhlükəsi" varmı?
Azərbaycanda peyvəndlə əhatə faizi yüksək olduğuna görə, uşaqlar arasında qızılca xəstəliyinin yayılması ehtimalı yoxdur. Bunu Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) direktor müavini Afaq Əliyeva bildirib. Onun sözlərinə görə, Ukrayna, Rumıniya, İtaliya və bəzi Avropa ölkələrində qızılca xəstəliyinin yayılmasının əsas səbəbi peyvəndlərlə əhatə səviyyəsinin aşağı olmasıdır.














