İki bacı dəm qazından zəhərlənib

Bakıda iki bacı dəm qazından zəhərlənib. Zəhərlənmə faktı Lökbatan qəsəbəsi, 1-ci massiv küçəsində qeydə alınıb. Məlumata görə, 1984-cü il təvəllüdlü Gülmirə İsaxan qızı Cəbrayılova və 1994-cü il təvəllüdlü Samirə İsaxan qızı Cəfərli 1 saylı şəhər xəstəxanasının Toksikologiya şöbəsinə yerləşdiriliblər.

Bakıda iki bacı dəm qazından zəhərlənib. Zəhərlənmə faktı Lökbatan qəsəbəsi, 1-ci massiv küçəsində qeydə alınıb. Məlumata görə, 1984-cü il təvəllüdlü Gülmirə İsaxan qızı Cəbrayılova və 1994-cü il təvəllüdlü Samirə İsaxan qızı Cəfərli 1 saylı şəhər xəstəxanasının Toksikologiya şöbəsinə yerləşdiriliblər. Məlum olub ki, bacı olan qadınlar dəm qazından zəhərləniblər. Onlara lazımı tibbi yardımlar göstərildikdən sonra evə buraxılıblar. Faktla bağlı Qaradağ RPİ-nin 10-cu polis bölməsində təhqiqat araşdırmaları aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31