Yol ötürücüsündə hərəkət məhudlaşdırılır

Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 114-cü km-də (Hacıqabul şəh.) yerləşən yol ötürücüsünün sol yarım hissəsindəki (Bakı şəh.istiqaməti) deformasiyaya uğramış körpü aşırımlarının dəyişdirilməsi işləri aparılır.  Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən “OLAYLAR”-a bildirilib ki, aparılan bərpa işləri ilə əlaqədar olaraq körpünün sözügedən hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırlacaq.

Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 114-cü km-də (Hacıqabul şəh.) yerləşən yol ötürücüsünün sol yarım hissəsindəki (Bakı şəh.istiqaməti) deformasiyaya uğramış körpü aşırımlarının dəyişdirilməsi işləri aparılır.  Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən "OLAYLAR"-a bildirilib ki, aparılan bərpa işləri ilə əlaqədar olaraq körpünün sözügedən hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırlacaq. Bakı şəhəri istiqamərində hərəkət edən avtonəqliyyat vasitələrinin hərəkəti ədk istiqamətə yönəldilməklə təmin olunacaq. Sürücülərdən körpünün üzərində hərəkət edərkən diqqətli olmaları və ərazidə qoyulmuş müvəqqəti yol nişanlarına riayət etmələri xahiş olunur.

Körpünün aşırımlarının bərpasının qısa müddət ərzində aparılaraq yekunlaşdırılması nəzərdə tutulub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31