Gündəm
Komitə 20 yanvar faciəsinə həsr olunmuş tədbir keçirib
15 yanvar 2018-cı il tarixində Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində 20 yanvar faciəsinin 28-cı ildönümünə həsr olunmuş tədbir keçirilib. “Olaylar” xəbər verir ki, tədbirdə əvvəlcə Şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.
20 Yanvar facəsinə həsr olunmuş anım mərasimi keçirilib
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətində (DBNX) Azərbaycanın azadlıq və müstəqillik mübarizəsi tarixinə qəhrəmanlıq səhifəsi kimi yazılmış 20 Yanvar faciəsinin 28-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib. Xidmətdən “Olaylar”a verilən məlumata görə, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisi vəzifəsini icra edən Azər Süleymanov toplantını açaraq bildirib ki, 20 Yanvar hadisələri Azərbaycan xalqının milli oyanışından, azadlıq və müstəqillik mücadiləsindən xəbər verən tarixi bir gerçəklik idi.
Almaniya Rusiyanın ən qorxunc silahını açıqladı - "Sirkon"
Rusiyada istehsal edilən "Sirkon" raket gəmi kompleksi müxtəlif ölkələrin gəmilərinə, o cümlədən ABŞ-ın aviadaşıyıcılarına real təhlükədir. Bu barədə "Stern" qəzeti yazır.
“O Səs”də Türkiyəni heyran qoyan Ozan Əhmədov DANIŞDI: “Qazaxlıları ağlatmaq...” - VİDEO
“Biz qazaxlıları ağlatmaq ümumiyyətlə, kimsənin başı üçün deyil”. Bu sözləri “O Səs Türkiyə”nin dünənki buraxılışında göz yaşlarına hakim ola bilməyən Ozan Əhmədov deyib: “Ötən günlər yada düşdü. İlk sevgi bilirsiniz ki, unudulmur. Uzun illərdir ki, görüşmürük. Lakin bilirəm ki, verilişi izləyibsə, məni tanıyacaq. Toyu olmalıdır, ona xoşbəxtlik arzu edirəm. Qəlbimdəki sevgi mənə bəs edir”.
Flippində vulkan püskürməsi səbəbi ilə 9 min insan təxliyə edilib
Flippin Respublikasında vulkan oyanması səbəbindən 9 min insan təxliyə edilib. Ölkədəki Mayon adlı vulkanın partlaması səlahiyyətli şəxsləri əhalini təxliyə etməyə və partlayışın təhlükə səviyyəsini yüksəltməyə məcbur edib. Flippin Volkanologiya və Seysmologiya İnstitutu vulkanik püskürmə təhlükəsini 3 bal şkalasından 5-ə qaldırıb.
“Minsk qrupunu ləğv etsinlər, biz özümüz məsələni həll edərik”
“Bu gün söhbət münaqişədən deyil, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsindən getməlidir”. Bu fikri politoloq Fikrət Sadıqov Rusiya XİN rəhbərinin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı verdiyi açıqlamaları şərh edərkən deyib.
Ermənistanda prezident seçkilərinin tarixi açıqlandı
Ermənistanda prezident seçkiləri martın 2-də keçiriləcək. Bu haqda Ermənistanın Respublika Partiyasının parlamentdəki fraksiyasının rəhbəri Vaqram Baqdasaryan deyib. Onun sözlərinə görə, namizədlərin müzakirələri artıq bu həftədən etibarən başlayır.
Tələbələrin başqa ixtisasa və məktəbə köçürülməsi başlandı
Tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə dəyişdirilməsi, eləcə də ölkəmizdə yerləşən orta ixtisas təhsili müəssisələri tələbələrinin, magistratura səviyyəsində təhsilalanların köçürülməsi üzrə elektron sənəd qəbuluna başlanılacaq.
Nizamidə kafe, Nərimanovda mağaza yanıb
Bakı şəhəri, Nizami rayonunda fəaliyyət göstərən kafedə yanğın olub. Fövqəladə Hallar Nazirliyindən “Olaylar”a verilən məlumata görə, nəticədə ümumi sahəsi 120 m2 olan kafenin bir otağının yanar konstruksiyaları və əşyaları 20 m2 sahədə yanıb. Yüksək temperaturdan ümumi sahəsi 30 m2 olan digər otağın lambirdən ibarət tavanı əriyib. Kafenin qalan hissəsi yanğından mühafizə olunub.
Asiya İnkişaf Bankının nümayəndələri ilə görüş keçirilib
Strateji yol xəritələrində İqtisadiyyat Nazirliyinin icraçı olduğu tədbirlərin yüksək səviyyədə yerinə yetirilməsi və tədbirlərin icrasında səmərəliliyin təmin edilməsi məqsədilə beynəlxalq təcrübənin tətbiq edilməsi zəruri olan prioritet istiqamətlər üzrə mümkün dəstəyin göstərilməsi ilə bağlı Asiya İnkişaf Bankının nümayəndələrinin iştirakı ilə işgüzar görüş keçirilib.
Səfir Fəxrəddin Qurbanov etimadnaməsini Xorvatiya prezidentinə təqdim edib
12 yanvar 2018-ci il tarixində səfir F.Qurbanov etimadnaməsini Xorvatiya Respublikasının Prezidenti x-m Kolinda Qrabar-Kitaroviçə təqdim edib. XİN-dən “Olaylar”a verilən məlumata görə, rəsmi təqdimetmə mərasimindən sonra keçirilmiş görüş zamanı F.Qurbanov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin salamlarını və xoş arzularını Prezident K.Grabar-Kitaroviçə çatdıraraq, ona tapşırılmış məsuliyyətli vəzifədə iki ölkə arasında strateji səviyyədə olan əlaqələrin yüksələn xətlə inkişafı üçün çalışacağını bildirib.
Deputatlarımız İƏTPİ-in sessiyasına qatılıblar
Milli Məclisin deputatları Gövhər Baxşəliyeva və Mirkazım Kazımov İslam Əməkdaşlığı Təşkilatının Parlament İttifaqı (İƏTPİ) Konfransının 13-cü sessiyasında iştirak etmək üçün İran İslam Respublikasının paytaxtı Tehrana səfər ediblər. MM-dən “Olaylar”a verilən məlumata görə, sessiyada proqram və gündəliyin qəbulundan sonra qurumun Baş katibinin məruzəsi dinləniləcək, nümayəndə heyətləri rəhbərlərinin, müşahidəçilərin çıxışları olacaq, Ümumi Komitənin 20-ci toplantısının hesabatı təqdim olunacaq.
III Dünya müharibəsi bu ölkələrin ərazisində gedəcək - SİYAHI
Baltikyanı ölkələr ərazilərində NATO qoşunları yerləşdirərək ABŞ-ın girovu olublar. Bunu “Sputnik” agentliyinə müsahibəsində Milli Təhlüksizlikdə İctimai Problemlərin Öyrənilməsi Mərkəzinin rəhbəri və istefada olan polkovnik Aleksandr Jilin bildirib.
Ölkəyə qaçaqmalçılıq yolu ilə siqaret gətirilməsinin qarşısı alınıb
Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, "Sınıq Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi minik avtomobilinə gömrük nəzarəti həyata keçirilib.Dövlət Gömrük Komitəsindən “Olaylar”a verilən məlumata görə, baxış zamanı, həmin nəqliyyat vasitəsində gömrük nəzarətinə əvvəlcədən bəyan edilməyən 2000 ədəd "Marlboro" markalı siqaret aşkar olunub. Faktla bağlı araşdırma aparılır.
Energetika naziri Səudiyyə Ərəbistanına səfər edib
Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii sərvətlər naziri Xalid Əbdüləziz Əl Falihin dəvəti ilə energetika naziri Pərviz Şahbazovun rəhbərlik etdiyi nümayəndə heyəti bu ölkəyə səfər edib.














