Komitə 20 yanvar faciəsinə həsr olunmuş tədbir keçirib

15 yanvar 2018-cı il tarixində Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində 20 yanvar faciəsinin 28-cı ildönümünə həsr olunmuş tədbir keçirilib. “Olaylar” xəbər verir ki, tədbirdə əvvəlcə Şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.

15 yanvar 2018-cı il tarixində Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində 20 yanvar faciəsinin 28-cı ildönümünə həsr olunmuş tədbir keçirilib. "Olaylar" xəbər verir ki, tədbirdə əvvəlcə Şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib. Sonra sədrinin müavini Niyazi Rəhimov çıxış edərək 1990-cı ilin 20 yanvar gününün Azərbaycanın müasir tarixinə ən faciəli günlərdən biri, eyni zamanda, xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olduğunu, bu tarixin dünyanın hər yerində Azərbaycanın azadlığı və suverenliyi uğrunda mübarizənin simvolu kimi qeyd olunduğunu bildirib. Onun sözlərinə görə, M.Qorbaçov başda olmaqla, SSRİ rəhbərliyinin Azərbaycana qarşı qərəzli, ermənipərəst siyasətinə, torpaqlarımıza iddia edən Ermənistanın siyasətinin dəstəklənməsinə, o zamankı respublika rəhbərliyinin xəyanətkar mövqeyinə etiraz olaraq ayağa qalxmış xalqa qarşı sovet ordusunun hərbi birləşmələrinin yeridilməsi Bakıda faciəyə gətirib çıxarmış, böyük itkilərlə, günahsız insanların ölümü ilə nəticələnmişdir: "Ölkənin o dövrkü rəhbərlərinin cəsarətsizliyinin əksinə olaraq, həmin vaxt Moskvada yaşayan ümummilli lider Heydər Əliyev həyatını təhlükədə qoyaraq oradakı nümayəndəliyimizə gəldi, 20 yanvar qırğınını törədənləri pisləyən kəskin bəyanatla çıxış etdi. Məhz ulu öndər Heydər Əliyevin Azərbaycan rəhbərliyinə yenidən qayıdışından sonra 20 yanvar hadisələrinə siyasi-hüquqi qiymət verildi, cinayəti törədənlərin adları ictimaiyyətə çatdırıldı, 20 yanvar - Ümumxalq Hüzn Günü elan edildi". Sədr müavini Niyazi Rəhimov Prezident İlham Əliyev tərəfindən 20 yanvar faciəsi zamanı həlak olmuş şəhidlərin ailələrinin, hadisələr zamanı sağlamlıqlarını itirərək əlil olmuş şəxslərin sosial müdafiəsinin gücləndirilməsi və dövlət qayğısının artırılması məqsədilə əməli tədbirlər görüldüyünü, bununla bağlı ölkə rəhbəri tərəfindən onlarla Fərman və Sərəncamın verildiyini diqqətə çatdırıb. Ardınca Komitədə çalışan şəhid ailəsi üzvlərindən bir neçəsi çıxış edərək vətənin azadlığı və suverenliyi uğrunda canından keçmiş şəhidlərin qəhrəmanlıq yolundan danışıblar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31