“Minsk qrupunu ləğv etsinlər, biz özümüz məsələni həll edərik”

“Bu gün söhbət münaqişədən deyil, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsindən getməlidir”. Bu fikri politoloq Fikrət Sadıqov Rusiya XİN rəhbərinin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı verdiyi açıqlamaları şərh edərkən deyib.

"Bu gün söhbət münaqişədən deyil, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsindən getməlidir". Bu fikri politoloq Fikrət Sadıqov Rusiya XİN rəhbərinin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı verdiyi açıqlamaları şərh edərkən deyib.

Politoloq vurğulayıb ki, Azərbaycan bu kontekstdə əlindən gələni edir, torpaqlarını azad etməyə hazırdır. Lakin müəyyən çərçivələr var. Politoloqun fikrincə, çərçivə Minsk qrupu formatı və həmsədrlərdir: "Əgər onlar hesab edirsə biz münaqişəni özümüz həll etməliyik, o zaman kənara çəkilsinlər. Minsk qrupunu ləğv etsinlər. Biz özümüz məsələni həll edərik. Çünki Azərbaycanın mövqeyi prinsipial və qətidir".

F. Sadıqov qeyd edib ki, bunu Minsk qrupuna həmsədr olan dövlətlərin hər üçü yaxşı bilir. Politoloq vurğulayıb ki, əgər bu dövlətlər Minsk qrupunu yaradıblarsa, münaqişənin tənzimlənməsi ilə bağlı beynəlxalq hüquq normalarına əməl etsinlər və Ermənistana təzyiq etsinlər: "Çünki işğalçı dövlət Ermənistandır və bu dövlət Azərbaycan torpaqlarını işğal edib".

Qeyd edək ki, Rusiyanın XİN rəhbəri Sergey Lavrov bu gün bildirib ki, Dağlıq Qarabağ münaqişəsini tərəflər yalnız özləri həll edə bilər".  Azadinform.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31