Flippində vulkan püskürməsi səbəbi ilə 9 min insan təxliyə edilib
Flippin Respublikasında vulkan oyanması səbəbindən 9 min insan təxliyə edilib. Ölkədəki Mayon adlı vulkanın partlaması səlahiyyətli şəxsləri əhalini təxliyə etməyə və partlayışın təhlükə səviyyəsini yüksəltməyə məcbur edib. Flippin Volkanologiya və Seysmologiya İnstitutu vulkanik püskürmə təhlükəsini 3 bal şkalasından 5-ə qaldırıb.
15 Yanvar 2018 15:54 DünyaFlippin Respublikasında vulkan oyanması səbəbindən 9 min insan təxliyə edilib. Ölkədəki Mayon adlı vulkanın partlaması səlahiyyətli şəxsləri əhalini təxliyə etməyə və partlayışın təhlükə səviyyəsini yüksəltməyə məcbur edib. Flippin Volkanologiya və Seysmologiya İnstitutu vulkanik püskürmə təhlükəsini 3 bal şkalasından 5-ə qaldırıb.
Qeyd edək ki, bu gün səhər saatlarında vulkanda lava axını başlayıb. Məsul şəxslər xəbərdarlıq ediblər ki, bir neçə həftə və ya bir neçə gün ərzində güclü vulkanik püskürmə baş verə bilər.Paytaxt Maniladan 340 km məsafədə yerləşən Albay şəhərindəki vulkanın ilk püskürməsi 1616-cı ildə qeydə alınılıb. Ən ölümcül nəticələri olan püskürmə isə 1814-cü ilə aiddir. Bu püskürmə zamanı 1,2 min insan həlak olub. Azadinform.az