Nizamidə kafe, Nərimanovda mağaza yanıb

Bakı şəhəri, Nizami rayonunda fəaliyyət göstərən kafedə yanğın olub. Fövqəladə Hallar Nazirliyindən “Olaylar”a verilən məlumata görə, nəticədə ümumi sahəsi 120 m2 olan kafenin bir otağının yanar konstruksiyaları və əşyaları 20 m2 sahədə yanıb. Yüksək temperaturdan ümumi sahəsi 30 m2 olan digər otağın lambirdən ibarət tavanı əriyib. Kafenin qalan hissəsi yanğından mühafizə olunub.

Bakı şəhəri, Nizami rayonunda fəaliyyət göstərən kafedə yanğın olub. Fövqəladə Hallar Nazirliyindən "Olaylar"a verilən məlumata görə, nəticədə ümumi sahəsi 120 m2 olan kafenin bir otağının yanar konstruksiyaları və əşyaları 20 m2 sahədə yanıb. Yüksək temperaturdan ümumi sahəsi 30 m2 olan digər otağın lambirdən ibarət tavanı əriyib. Kafenin qalan hissəsi yanğından mühafizə olunub. Həmçinin Nərimanov rayonunda sahəsi 2 m2 olan mağazanın reklam lövhəsi yanıb. Mağaza yanğından mühafizə olunub. Hər iki yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31