Energetika naziri Səudiyyə Ərəbistanına səfər edib

Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii sərvətlər naziri Xalid Əbdüləziz Əl Falihin dəvəti ilə energetika naziri Pərviz Şahbazovun rəhbərlik etdiyi nümayəndə heyəti bu ölkəyə səfər edib.

Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii sərvətlər naziri Xalid Əbdüləziz Əl Falihin dəvəti ilə energetika naziri Pərviz Şahbazovun rəhbərlik etdiyi nümayəndə heyəti bu ölkəyə səfər edib. Energetika Nazirliyindən "Olaylar"a verilən məlumata görə, səfər zamanı keçiriləcək görüşlərdə iki ölkə arasında enerji sahəsində əməkdaşlıq, "Saudi Aramco" şirkəti ilə əməkdaşlıq perspektivləri, eləcə də dünya neft bazarının tənzimlənməsi istiqamətində Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) çərçivəsində Azərbaycanla Səudiyyə Ərəbistanı arasında mövcud əlaqələrin inkişafına dair bir sıra məsələlərin müzakirəsi planlaşdırılır. Nümayəndə heyətinin Səudiyyə Ərəbistanında bir sıra istehsalat komplekslərinə baş çəkməsi də nəzərdə tutulub. Səfər yanvarın 16-da başa çatacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31