Gündəm

Azərbaycanın inkişafına təkan verən Dövlət Proqramları

15 Yanvar 2018 17:00

2004-cü ildən mərhələli şəkildə həyata keçirilən Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı respublikanın simasını tamamilə dəyişdi desək yanılmarıq.  Proqramın uğurla icrası nəticəsində bölgələrdə infrastrukturun yaradılması, təhsil və səhiyyə müəssisələrinin inşa edilməsi, yeni açılan istehsal müəssisələri, zavid və gabriklər hesabına əyalətlərdə iş yerlərinin yaradılması bölgə insanlarının sosial sifah halını yaxşılaşdırmaqla yanaşı,  eyni zamanda kəndən şəhərə olan axının da qarşısını aldı.

Fədayə Laçının həbs müddəti uzadıldı

15 Yanvar 2018 16:58

Bakıda 2 məhbusun qaçmasında təqsirləndirilərək həbs edilən müğənni Fədayə Laçının həbs müddəti uzadılıb. Bu barədə F.Laçının vəkili Türkel Süleymanlı deyib.Vəkil bildirib  ki, F.Laçının həbs müddəti yanvarın 25-də başa çatırdı. Nəsimi rayon məhkəməsi istintaq orqanının təqdimatı əsasında F.Laçının barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddətini daha 3 ay uzadıb. Həbs müddəti aprelin 25-dək uzadılıb.

Özcan "kişilərə meyli var" deyən keçmiş sevgilisini səhv çıxartdı

15 Yanvar 2018 16:55

Müğənni-aktyor Özcan Deniz "həm kişilərə, həm də qadınlara meyli var" deyən keçmiş sevgilisi Şəbnəm Şeferi məhkəmədə udub. İllərdir davam edən məhkəmə prosesi yekunlaşıb. Özcan haqqında "biseksualdır" deyən Şəbnəm təzminat ödəyəcək. Aktyor bu pulu qız uşaqlarının təhsili üçün xərcləyəcəyini deyib. 

Fransa Liqasında QALMAQAL: Hakim elə bir şey etdi ki.... - VİDEO

15 Yanvar 2018 16:55

Fransa Liqasının 20-ci turunda keçirilən “Nant” - "Paris Sen-Jermen” oyununda qalmaqallı hadisə baş verib.  PSJ-nin hücumu zamanı ev sahibinin hücumçusu Dieqo Karlos müdafiəyə kömək etmək üçün öz cərimə meydançalarına tərəf qaçıb. Futbolçu bu zaman təsadüfən matçın baş hakimi Toni Şaprona toxunub.

Kəramətiniz hanı?!..

15 Yanvar 2018 16:52

Qınamadım, qınaya bilmədim. Onu dünyaya gətirən validynlərə çoxunun söyməsinə maddım-maddım baxdım. İstedadlı adamları valideyn dünyaya gətirir, onu cəmiyyət, seçdiyi peşənin peşəkarları formalaşdırıb, yetişdirir. Yəni Kəramət ata-anasından çox bizim yetişdirməmizdir, valideynlərini niyə söyürsünüz ki?!.. Biz təkcə Kəramətdən yox, onun yaşıdı olan xeyli istedadlı gəncdən vətəndaş, vətənpərvər düzəldə bilmədik. Onlar bacardıqları qədər olduları. Bizsə hər şeyi mühitin, reallığın, mümkünsüzlüyün, imkansızlığın üstünə atdıq. Əslində durum budur: O kəslər ki, Kəramətdən və yaşıdlarından vətəndaş, vətənpərvər insan formalaşdırmalı idilər, yarısı küsüb gedib, siyasi mühacirdir. Yarısı eləcə gedib, mühacir olmasa da onlar küsənlərdəndir. Burada qalanlar da eləcə susub və yenə də küsənlərdəndir. Ümumi görünən mənzərədə hamı cığal, oyunpozan və söyüşcül uşağa bənzəyir...

Xalq artisti sabah dəfn olunacaq

15 Yanvar 2018 16:49

ABŞ-da vəfat edən xalq artisti, pianoçu Çingiz Sadıxovun nəşi Azərbaycana gətirilib.Bu barədə Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin İctimaiyyətlə əlaqələr və mətbuatla iş sektorunun müdiri İntiqam Hümbətov məlumat yayıb.

Avtomobil qaçıran şəxs tutulub

15 Yanvar 2018 16:45

Avtomobil qaçırmaqda şübhəli bilinən şəxs tutulub. DİN-dən “Olaylar”a verilən məlumata görə, yanvarın 14-nə keçən gecə Gəncə şəhəri ərazisindən şəhər sakini Süleyman Süleymanova məxsus “VAZ-2107” markalı avtomobili qaçırmaqda şübhəli bilinən həmyerlisi Sənan Cümşüdov Nizami (Gəncə) RPİ-nin əməkdaşları tərəfindən saxlanılıb. 

Soyğunçular ələ keçiblər

15 Yanvar 2018 16:44

Soyğunçuluq etməkdə şübhəli bilinən iki nəfər saxlanıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, yanvarın 14-də paytaxtın Nizami rayonu ərazisində 2 naməlum şəxs Bakı şəhər sakini Elmar Məmmədovun 113 manatını açıq talama yolu ilə alıblar. Nizami RPİ 24-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən paytaxt sakinləri, əvvəllər məhkum olunmuşlar Pərviz Quliyev və Elməddin Quliyev saxlanılıb.

“Mercedes”i yol ayırıcısına vurdu, sürücü hadisə yerində ölü

15 Yanvar 2018 16:43

Adam rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. DİN-dən “Olaylar”a verilən məlumata görə, yanvarın 15-də saat 2 radələrində Ağdam rayonunun Quzanlı qəsəbəsində Ayaq Qərvənd kənd sakini Fətiş Həmidov idarə etdiyi “Mercedes” markalı avtomobili yol ayırıcısına vurub. Nəticədə sürücü hadisə yerində ölüb.

3 evdən pul, qızıl və məişət əşyaları oğurlayan ələ keçib

15 Yanvar 2018 16:41

Evlərdn qızıl və məişət əşyaları oğurlamaqda şübhəli bilinən şəxs saxlanıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, Nəsimi RPİ 19-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən ilin dekabr ayının 9-dan yanvarın 12-dək rayon ərazisindəki 3 evdən pul, qızıl və məişət əşyaları oğurlamaqda şübhəli bilinən İmişli rayon sakini Anar Əzizov saxlanılıb.

Avtoqəzada 1 nəfər ölüb

15 Yanvar 2018 16:40

İmişli rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. DİN-dən “Olaylar”a verilən məlumata görə, yanvarın 14-də saat 9 radələrində İmişli rayonunun Telişli kəndində rayon sakini Pənah Kərimovun idarə etdiyi “VAZ-2105” markalı və Saatlı şəhər sakini Süleyman Nəsirovun idarə etdiyi “Toyota” markalı avtomobillər toqquşub. Nəticədə xəstəxanaya yerləşdirilmiş P.Kərimov orada ölüb. İmişli RPŞ tərəfindən araşdırma aparılır.

Pianoçuların IV Beynəlxalq Müsabiqəsi keçiriləcək

15 Yanvar 2018 16:39

Azərbaycan Bəstəkarlar İttifaqı Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası ilə birlikdə görkəmli bəstəkar, əməkdar incəsənət  xadimi, “Humay” milli mükafatı laureatı, professor Azər Dadaşov adına Pianoçuların IV Beynəlxalq Müsabiqəsi elan edir. “OLAYLAR” xəbər edir ki, 21-25 aprel 2019-cü ilin tarixində Bakı şəhərində keçiriləcək müsabiqə 2 yaş qrupu üzrə (I qrup – 16 yaşa qədər, II qrup – 16 yaşdan yuxarı) və 3 mərhələdə aparılacaq.

Mübariz Qurbanlının qəbul tarixi dəyişdi

15 Yanvar 2018 16:36

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının bölgələrdə vətəndaşların qəbulu ilə bağlı Şirvan şəhərində yanvarın 23-də nəzərdə tutulan görüşünün tarixi dəyişdirilib. Bu barədə məlumat “OLAYLAR”-a Dövlət Komitəsindən daxil olub. Bildirilib ki, vətəndaşların qəbulu yanvar ayının 30-da keçiriləcək.

Keçən il “Azərişıq”a 6604 elektron müraciət daxil olub

15 Yanvar 2018 16:35

Keçən il “Azərişiq” ASC-yə daxil olan müraciətlərin çoxu gərginliyin aşağı olması ilə bağlı olub. “OLAYLAR”-ın Səhmdar Cəmiyyətə istinadən verdiyi xəbərə görə, belə müraciətlər 30.8 faiz təşkil edib. Bu ötən ilin eyni dövrü ilə müqayisədə 9.6 faiz azalma deməkdir.