Fransa Liqasında QALMAQAL: Hakim elə bir şey etdi ki.... - VİDEO

Fransa Liqasının 20-ci turunda keçirilən “Nant” - "Paris Sen-Jermen” oyununda qalmaqallı hadisə baş verib.  PSJ-nin hücumu zamanı ev sahibinin hücumçusu Dieqo Karlos müdafiəyə kömək etmək üçün öz cərimə meydançalarına tərəf qaçıb. Futbolçu bu zaman təsadüfən matçın baş hakimi Toni Şaprona toxunub.

Fransa Liqasının 20-ci turunda keçirilən "Nant" - "Paris Sen-Jermen" oyununda qalmaqallı hadisə baş verib.  PSJ-nin hücumu zamanı ev sahibinin hücumçusu Dieqo Karlos müdafiəyə kömək etmək üçün öz cərimə meydançalarına tərəf qaçıb. Futbolçu bu zaman təsadüfən matçın baş hakimi Toni Şaprona toxunub.

Yerə yıxılan hakim isə qəzəblənərək ayağı ilə Karlosa zərbə endirib. Daha sonra ona qırmızı vərəqə göstərərək meydandan qovub. Qəzəbli hakim ev sahiblərinin qapısına sərbəst zərbə də təyin edib. Qırmızı kart alaraq meydançadan qovulan futbolçu isə hakimi əli ilə itələyib. Publika.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31