Gündəm

Türkiyədə yenə əməliyyat - Bir tondan çox narkotik aşkarlandı

15 Yanvar 2018 17:40

Türkiyənin şərqindəki Diyarbəkir vilayətində keçirilən xüsusi əməliyyat nəticəsində bir tondan çox narkotik vasitə müsadirə olunub. Bu barədə vilayət polisinin bəyanatında deyilir. Əməliyyat çərçivəsində saxlananların da olduğu barədə məlumat verilib.

Gəmiçiliyin elektron bilet xidmətindən istifadə edənlərin sayı artır

15 Yanvar 2018 17:38

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC müştəriləri elektron bilet xidmətindən istifadəyə dəvət edir. “OLAYLAR” xəbər verir ki, 2016-cı ilin sentyabrından tətbiq olunan e-bilet xidmətindən yararlanmaqla Ro-Ro və bərə gəmiləri ilə müxtəlif tipli avtomobillər və sərnişin daşımaq mümkündür.

GİN festival keçirəcək

15 Yanvar 2018 17:29

Gənclər və İdman Nazirliyi tərəfindən 16 mart 2018-ci il tarixdə “Bacarıqların inkişaf etdirilməsi-Qədim Azərbaycan müasir gənclərin gözü ilə” adlı Art Festival keçiriləcək. Nazirliyin mətbuat katibliyindən “OLAYLAR”-a bildirilib ki, Art Festival heykəltəraşlıq, təkəlduz, dəmirçilik, qrafika, qravüra, keramika, xalçaçılıq, sərraclıq, misgərlik, qadın və kişi baş örtüklərinin hazırlanması, zinət əşyalarının hazırlanması, dulusçuluq sənətinin inkişaf etdirilməsi, musiqi alətlərinin hazırlanması, Milli geyimlərin hazırlanması istiqamətləri üzrə keçiriləcək.

68 nəfər insan alveri qurbanı müxtəlif növ yardımlarla təmin edilib

15 Yanvar 2018 17:23

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun İnsan Alveri Qurbanlarına Yardım Mərkəzi ötən il 96 nəfəri, o cümlədən Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi tərəfindən yönləndirilmiş 68 nəfər insan alveri qurbanını və qeyri-hökumət təşkilatları tərəfindən yönləndirilmiş 28 nəfər  potensial insan alveri qurbanını (insan alveri təhlükəsi ilə üzləşmək riski olan şəxsləri) müxtəlif növ yardımlarla təmin edib.

Elazığdakı Azərbaycan və Türk əsgərinin xatirəsinə ucaldılmış lövhə təmir ediləcək

15 Yanvar 2018 17:20

Türkiyənin Elazığ şəhərindəki Türk və Azərbaycan şəhidlərinin xatirəsinə ucaldılmış anıt yaxın vaxtlarda bərpa ediləcək. Bu barədə məlumatı “OLAYLAR”-a Elazığ şəhərində fəaliyyət göstərən “Manas” Nəşriyyatının təmsilçisi Dursun Almas verib. O, bildirib ki, anıt abidəsinin təmirə ehtiyacı olması barədə “Kanal-23”ün “Media analizi” proqramında da bəhs edilib: “Bu anıt abidəsinin 2012-ci ildə açılış mərasimi olub. Abidə Elazığın Cümhuriyyət məhəlləsində yerləşir. Bu anıt 1918-ci ildə Azərbaycan torpaqlarını bolşevik və daşnaklardan təmizləmək üçün Azərbaycana getmiş Nuru Paşanın komandanlığındakı Qafqaz İslam Ordusunun tərkibində döyüşərək şəhid olmuş Azərbaycan və Türk əsgərlərinin xatirəsinə ucaldılıb. Ümid edirik ki. Elazığ bələdiyyəsi qısa müddətdə parkın və orada yerləşən anıtın bərpası istiqamətində işlərə başlayacaq”.

“İRƏLİ”nin sədri Karate Federasiyanın Baş Katibi təyin olundu

15 Yanvar 2018 17:19

Azərbaycan Milli Karate Federasiyasının (AMKF) baş katibi vəzifəsinə yeni təyinat olub. “OLAYLAR”-ın xəbərinə görə, AMKF-in idarə heyəti tərəfindən verilən qərarla məsul post "İRƏLİ" İctimai Birliyinin sədri MirHəsən Seyidova həvalə olunub. M.Seyidovun təyinatına qədər baş katib vəzifəsində çalışmış MirCabbar Seyidov bundan sonra Baş katibin məsul katibi vəzifəsində çalışacaq. Yeni formalaşmış katiblik ümumi formada federasiya işinin daha da sürətləndirilməsinə və yeni nəticələrin əldə olunmasında yaxından iştirakına çalışacaqdır.

AzTU və Bilik Fondu arasında əməkdaşlıq müqaviləsi imzalanıb

15 Yanvar 2018 17:18

Yanvarın 15-də Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun rəhbəri Oktay Səmədov Azərbaycan Texniki Universitetində professor-müəllim heyəti və təhsildə fərqlənən tələbələrlə görüşüb. Təhsil ocağından “OLAYLAR”-a bildirilib ki, görüşdə iştirak edən AzTU-nun rektor əvəzi, professor Xalıq Yahudov Bilik Fondunun ölkədə aparılan sosial-iqtisadi və elmi-texniki quruculuq proseslərinin mahiyyətinin ictimaiyyətə çatdırılmasını təmin edən xüsusi məqsədli bir qurum olduğunu vurğulayıb və universitetin bu təşkilatla əməkdaşlığından məmnunluğunu bildirib. Sonra Bilik Fondunun rəhbəri Oktay Səmədov rəhbərlik etdiyi təşkilatın yaranma tarixindən, bu günə kimi görülən işlərdən, həyata keçirilən layihələrdən danışıb. O.Səmədov bildirib ki, bu təşkilat Azərbaycan dövlətinin daxili və xarici siyasətinin, təhsil müəssisələrinin fəaliyyətlərinin təkmilləşdirilməsini dəstəkləyən tədbirlər, mühüm sosial problemlərin həllində elm və texnikanın rolunun yüksəldilməsi üçün bir çox layihələr həyata keçirir.

Rusiyalı alimin Azərbaycanda saxlanılmasının detalları məlum olub, ona 10 sutkalıq həbs verilib

15 Yanvar 2018 17:15

Rusiyalı alimin Azərbaycanda saxlanılmasının detalları məlum olub. Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, Rusiya vətəndaşı olan Dmitri Çulkovun Azərbaycanda üzləşdiyi xoşagəlməz hal onun birbaşa özünün törətmiş olduğu xətanın nəticəsi olub.

Azərbaycan prezidentinin Bolqarıstan baş naziri ilə təkbətək görüşü olub

15 Yanvar 2018 17:13

Azərbaycan prezidenti İlham Əliyevin ölkəmizdə işgüzar səfərdə olan Bolqarıstan baş naziri Boyko Borisov ilə təkbətək görüşü olub. Məlumata görə, Azərbaycan prezidenti İlham ƏliyevBolqarıstan baş naziri Boyko Borisovu qarşılayıb.

AMEA: Palçıq vulkanlarının 21%-dən çoxunun sahəsində neft ayrılmaları var

15 Yanvar 2018 17:12

 "Azərbaycanda olan 350-dən artıq palçıq vulkanının 21 faizdən çoxunun sahəsində pirokondensant və neft ayrılmaları müşahidə olunur". Bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, akademik Dilqəm Tağıyev Akademiyanın Rəyasət Heyətinin bu gün keçirilən iclasında deyib.

Rumıniya və Moldova birləşir?

15 Yanvar 2018 17:10

Rumıniyanın sabiq Prezidenti Trayan Besesku ölkə parlamentinə Moldova ilə birləşmək haqqında qanun layihəsi təqdim edəcək. 

Roma papası etiraf etdi: Həqiqətən qorxuram...

15 Yanvar 2018 17:08

Roma papası I Fransisk həqiqətən də nüvə müharibəsindən qorxduğunu bəyan edib. Məlumata görə, Roma papası bu sözləri Cənubi Amerikaya səfərindən əvvəl hava limanında deyib. Papa qeyd edib ki, dünya nüvə müharibəsinin astanasındadır: "Münaqişənin başlaması üçün kiçik bir insident də kifayətdir. Ona görə də atom silahlarını məhv etmək və silahlanmanın dayandırılması üçün tədbirlər görmək lazımdır".

“Hər an başlaya bilər” - Ərdoğan “Mehmetcik”in HƏDƏFLƏRİNİ AÇIQLADI

15 Yanvar 2018 17:07

“Sərhədlərimizdə bir terror ordusu qurulur. Bizim üzərimizə düşən iş onu qurulmadan boğmaqdır”. Bunu ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Barselona”lı Alba: “Bizi öldürmüşdülər”

15 Yanvar 2018 17:05

İspaniya La Liqasında “Real”ın liderdən 19 xal geridə olması komandanın azarkeşlərində qəzəb yaradıb və ölkə mediasında müzakirələrə səbəb olub.  “Barselona”nın sol cinah müdafiəçisi Jordi Alba mövzu ilə bağlı maraqlı ifadələr işlədib.

“2017-ci il ərzində bir çox istiqamətlərdə uğurlu addımlar atılıb”-  MÖVQE

15 Yanvar 2018 17:03

“Ümumiyyətlə, Azərbaycan Prezidenti İlham Əliyev ölkədə baş verən bütün prosesləri kifayət qədər ətraflı şəkildə dilə gətirib və ifadə edib. Azərbaycanda 2017-ci il ərzində bir çox istiqamətlərdə uğurlu addımlar atılıb. Xüsusilə “Əsrin Müqaviləsi”nin müddətinin uzadılmasını və Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istifadəyə verilməsini vurğulamaq lazımdır”. Bunu  siyasi şərhçi Elçin Mirzəbəyli deyib.