Elazığdakı Azərbaycan və Türk əsgərinin xatirəsinə ucaldılmış lövhə təmir ediləcək
Türkiyənin Elazığ şəhərindəki Türk və Azərbaycan şəhidlərinin xatirəsinə ucaldılmış anıt yaxın vaxtlarda bərpa ediləcək. Bu barədə məlumatı “OLAYLAR”-a Elazığ şəhərində fəaliyyət göstərən “Manas” Nəşriyyatının təmsilçisi Dursun Almas verib. O, bildirib ki, anıt abidəsinin təmirə ehtiyacı olması barədə “Kanal-23”ün “Media analizi” proqramında da bəhs edilib: “Bu anıt abidəsinin 2012-ci ildə açılış mərasimi olub. Abidə Elazığın Cümhuriyyət məhəlləsində yerləşir. Bu anıt 1918-ci ildə Azərbaycan torpaqlarını bolşevik və daşnaklardan təmizləmək üçün Azərbaycana getmiş Nuru Paşanın komandanlığındakı Qafqaz İslam Ordusunun tərkibində döyüşərək şəhid olmuş Azərbaycan və Türk əsgərlərinin xatirəsinə ucaldılıb. Ümid edirik ki. Elazığ bələdiyyəsi qısa müddətdə parkın və orada yerləşən anıtın bərpası istiqamətində işlərə başlayacaq”.
15 Yanvar 2018 17:20 SosialTürkiyənin Elazığ şəhərindəki Türk və Azərbaycan şəhidlərinin xatirəsinə ucaldılmış anıt yaxın vaxtlarda bərpa ediləcək. Bu barədə məlumatı "OLAYLAR"-a Elazığ şəhərində fəaliyyət göstərən "Manas" Nəşriyyatının təmsilçisi Dursun Almas verib. O, bildirib ki, anıt abidəsinin təmirə ehtiyacı olması barədə "Kanal-23"ün "Media analizi" proqramında da bəhs edilib: "Bu anıt abidəsinin 2012-ci ildə açılış mərasimi olub. Abidə Elazığın Cümhuriyyət məhəlləsində yerləşir. Bu anıt 1918-ci ildə Azərbaycan torpaqlarını bolşevik və daşnaklardan təmizləmək üçün Azərbaycana getmiş Nuru Paşanın komandanlığındakı Qafqaz İslam Ordusunun tərkibində döyüşərək şəhid olmuş Azərbaycan və Türk əsgərlərinin xatirəsinə ucaldılıb. Ümid edirik ki. Elazığ bələdiyyəsi qısa müddətdə parkın və orada yerləşən anıtın bərpası istiqamətində işlərə başlayacaq".
Qeyd edək ki, belə bir xatirə lövhəsi Türkiyədə yalnız Elazığdadır. Qardaş ölkənin başqa bir şəhər və ya vilayətində bənzər xatirə lövhəsi yoxdur