Roma papası etiraf etdi: Həqiqətən qorxuram...

Roma papası I Fransisk həqiqətən də nüvə müharibəsindən qorxduğunu bəyan edib. Məlumata görə, Roma papası bu sözləri Cənubi Amerikaya səfərindən əvvəl hava limanında deyib. Papa qeyd edib ki, dünya nüvə müharibəsinin astanasındadır: "Münaqişənin başlaması üçün kiçik bir insident də kifayətdir. Ona görə də atom silahlarını məhv etmək və silahlanmanın dayandırılması üçün tədbirlər görmək lazımdır".

Qeyd edək ki, bu gün I Fransiskin Çili və Peruya səfəri başlayıb. Bu, Roma papasının fəaliyyətə başladığı gündən 22-ci beynəlxalq səfəridir. Trend.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31