AzTU və Bilik Fondu arasında əməkdaşlıq müqaviləsi imzalanıb
Yanvarın 15-də Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun rəhbəri Oktay Səmədov Azərbaycan Texniki Universitetində professor-müəllim heyəti və təhsildə fərqlənən tələbələrlə görüşüb. Təhsil ocağından “OLAYLAR”-a bildirilib ki, görüşdə iştirak edən AzTU-nun rektor əvəzi, professor Xalıq Yahudov Bilik Fondunun ölkədə aparılan sosial-iqtisadi və elmi-texniki quruculuq proseslərinin mahiyyətinin ictimaiyyətə çatdırılmasını təmin edən xüsusi məqsədli bir qurum olduğunu vurğulayıb və universitetin bu təşkilatla əməkdaşlığından məmnunluğunu bildirib. Sonra Bilik Fondunun rəhbəri Oktay Səmədov rəhbərlik etdiyi təşkilatın yaranma tarixindən, bu günə kimi görülən işlərdən, həyata keçirilən layihələrdən danışıb. O.Səmədov bildirib ki, bu təşkilat Azərbaycan dövlətinin daxili və xarici siyasətinin, təhsil müəssisələrinin fəaliyyətlərinin təkmilləşdirilməsini dəstəkləyən tədbirlər, mühüm sosial problemlərin həllində elm və texnikanın rolunun yüksəldilməsi üçün bir çox layihələr həyata keçirir.
15 Yanvar 2018 17:18 SosialYanvarın 15-də Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun rəhbəri Oktay Səmədov Azərbaycan Texniki Universitetində professor-müəllim heyəti və təhsildə fərqlənən tələbələrlə görüşüb. Təhsil ocağından "OLAYLAR"-a bildirilib ki, görüşdə iştirak edən AzTU-nun rektor əvəzi, professor Xalıq Yahudov Bilik Fondunun ölkədə aparılan sosial-iqtisadi və elmi-texniki quruculuq proseslərinin mahiyyətinin ictimaiyyətə çatdırılmasını təmin edən xüsusi məqsədli bir qurum olduğunu vurğulayıb və universitetin bu təşkilatla əməkdaşlığından məmnunluğunu bildirib.
Sonra Bilik Fondunun rəhbəri Oktay Səmədov rəhbərlik etdiyi təşkilatın yaranma tarixindən, bu günə kimi görülən işlərdən, həyata keçirilən layihələrdən danışıb. O.Səmədov bildirib ki, bu təşkilat Azərbaycan dövlətinin daxili və xarici siyasətinin, təhsil müəssisələrinin fəaliyyətlərinin təkmilləşdirilməsini dəstəkləyən tədbirlər, mühüm sosial problemlərin həllində elm və texnikanın rolunun yüksəldilməsi üçün bir çox layihələr həyata keçirir.
AzTU-nun Heydər Əliyev Mərkəzində keçirilən görüşdə Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondu və Azərbaycan Texniki Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb.
Müqavilədə birlikdə konfransların, simpoziumların, elmi-texniki layihələrin həyata keçirilməsi, elmi-tədqiqat işlərinin, kitabların nəşri, həmçinin təbliği, yaradıcı gənclər arasında müsabiqələrin və AzTU-nun professor-müəllim heyətinin ölkənin müxtəlif regionlarında mühazirələrinin təşkil edilməsi nəzərdə tutulub.