“2017-ci il ərzində bir çox istiqamətlərdə uğurlu addımlar atılıb”-  MÖVQE

“Ümumiyyətlə, Azərbaycan Prezidenti İlham Əliyev ölkədə baş verən bütün prosesləri kifayət qədər ətraflı şəkildə dilə gətirib və ifadə edib. Azərbaycanda 2017-ci il ərzində bir çox istiqamətlərdə uğurlu addımlar atılıb. Xüsusilə “Əsrin Müqaviləsi”nin müddətinin uzadılmasını və Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istifadəyə verilməsini vurğulamaq lazımdır”. Bunu  siyasi şərhçi Elçin Mirzəbəyli deyib.

"Ümumiyyətlə, Azərbaycan Prezidenti İlham Əliyev ölkədə baş verən bütün prosesləri kifayət qədər ətraflı şəkildə dilə gətirib və ifadə edib. Azərbaycanda 2017-ci il ərzində bir çox istiqamətlərdə uğurlu addımlar atılıb. Xüsusilə "Əsrin Müqaviləsi"nin müddətinin uzadılmasını və Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istifadəyə verilməsini vurğulamaq lazımdır". Bunu  siyasi şərhçi Elçin Mirzəbəyli deyib.

Onun sözlərinə görə, bu iki faktor təkcə 2017-ci ildə deyil, qarşıdan gələn uzun illər üçün ölkənin inkişafına öz töhfəsini verəcək: "Eyni zamanda Azərbaycanın nəqliyyat sistemdəki rolunu möhkəmləndirəcək, həmçinin enerji sektorunda ölkəmizin imkanlarını daha da genişləndirəcək. Dünyada neft sektoru ilə bağlı ciddi problemlərin olduğu bir dövrdə Azərbaycanda "Əsrin Müqaviləsi"nin müddətinin uzadılması və bu istiqamətdə ölkəmizə 40 milyard dollar yatırım investisiyanın qoyulması ilə bağlı qərarın qəbul edilməsi hesab edirəm ki, Azərbaycanın əldə etdiyi ən böyük uğurlardan biridir. Digər tərəfdən 2017-ci il ərzində həm dövlət idarəçilik sistemində, həm də iqtisadi sektorda kifayət qədər ciddi addımlar atılıb. Bu iqtisadi islahatların aparılması, dərinləşdirilməsi istiqamətində müvafiq qərarlar qəbul edilib ki, bu da şübhəsiz ki, özünü yaxın dövrlərdə daha qabarıq şəkildə büruzə verəcək. 2017-ci il Azərbaycanda islahatların dərinləşməsi istiqamətində atılmış addımlar baxımından da ölkəmiz üçün böyük əhəmiyyət kəsb edir".

Qeyd edək ki, Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bildirmişdir ki, 2017-ci ildə Azərbaycan sürətlə və uğurla inkişaf edib, cəmiyyət həyatının bütün sahələrində əldə edilmiş nəticələr ölkənin ümumi inkişafına böyük töhfə verib. Sia.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31