GİN festival keçirəcək
Gənclər və İdman Nazirliyi tərəfindən 16 mart 2018-ci il tarixdə “Bacarıqların inkişaf etdirilməsi-Qədim Azərbaycan müasir gənclərin gözü ilə” adlı Art Festival keçiriləcək. Nazirliyin mətbuat katibliyindən “OLAYLAR”-a bildirilib ki, Art Festival heykəltəraşlıq, təkəlduz, dəmirçilik, qrafika, qravüra, keramika, xalçaçılıq, sərraclıq, misgərlik, qadın və kişi baş örtüklərinin hazırlanması, zinət əşyalarının hazırlanması, dulusçuluq sənətinin inkişaf etdirilməsi, musiqi alətlərinin hazırlanması, Milli geyimlərin hazırlanması istiqamətləri üzrə keçiriləcək.
15 Yanvar 2018 17:29 SosialGənclər və İdman Nazirliyi tərəfindən 16 mart 2018-ci il tarixdə "Bacarıqların inkişaf etdirilməsi-Qədim Azərbaycan müasir gənclərin gözü ilə" adlı Art Festival keçiriləcək.
Nazirliyin mətbuat katibliyindən "OLAYLAR"-a bildirilib ki, Art Festival heykəltəraşlıq, təkəlduz, dəmirçilik, qrafika, qravüra, keramika, xalçaçılıq, sərraclıq, misgərlik, qadın və kişi baş örtüklərinin hazırlanması, zinət əşyalarının hazırlanması, dulusçuluq sənətinin inkişaf etdirilməsi, musiqi alətlərinin hazırlanması, Milli geyimlərin hazırlanması istiqamətləri üzrə keçiriləcək.
Layihənin keçirilməsində məqsəd - Azərbaycanın milli-mədəni irsinin, tarixinin, adət və ənənələrinin qorunub saxlanması və təbliğ edilməsidir.