Azərbaycan prezidentinin Bolqarıstan baş naziri ilə təkbətək görüşü olub
Azərbaycan prezidenti İlham Əliyevin ölkəmizdə işgüzar səfərdə olan Bolqarıstan baş naziri Boyko Borisov ilə təkbətək görüşü olub. Məlumata görə, Azərbaycan prezidenti İlham ƏliyevBolqarıstan baş naziri Boyko Borisovu qarşılayıb.
15 Yanvar 2018 17:13 SiyasətAzərbaycan prezidenti İlham Əliyevin ölkəmizdə işgüzar səfərdə olan Bolqarıstan baş naziri Boyko Borisov ilə təkbətək görüşü olub. Məlumata görə, Azərbaycan prezidenti İlham ƏliyevBolqarıstan baş naziri Boyko Borisovu qarşılayıb.
Sonra birgə foto çəkdirilib.
Görüşdə ikitərəfli siyasi, iqtisadi və digər sahələrdə münasibətlərin uğurla inkişaf etdiyi bildirilib. Bolqarıstanın baş nazirinin Azərbaycana səfərinin əlaqələrin möhkəmlənməsi baxımından əhəmiyyəti qeyd olunub, ikitərəfli münasibətlər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.