“Barselona”lı Alba: “Bizi öldürmüşdülər”
İspaniya La Liqasında “Real”ın liderdən 19 xal geridə olması komandanın azarkeşlərində qəzəb yaradıb və ölkə mediasında müzakirələrə səbəb olub. “Barselona”nın sol cinah müdafiəçisi Jordi Alba mövzu ilə bağlı maraqlı ifadələr işlədib.
15 Yanvar 2018 17:05 İdmanİspaniya La Liqasında "Real"ın liderdən 19 xal geridə olması komandanın azarkeşlərində qəzəb yaradıb və ölkə mediasında müzakirələrə səbəb olub. "Barselona"nın sol cinah müdafiəçisi Jordi Alba mövzu ilə bağlı maraqlı ifadələr işlədib. O, ""Real"ın yerində biz olsaydıq, bizi, az qala, öldürmüşdülər" - deyib. Futbolçu Kataloniya və İspaniya mediasının fərqli nüanslarına diqqət çəkib: "Kataloniyada media da daxil olmaqla, hər kəs tənqid mövzusunda olduqca aqressivdir. Ancaq azarkeş elə deyil. Onlar komandalarını qorumağa, müdafiə etməyə çalışır. Hələ ki, heç bir şey qazanmamışıq. Mövsüm hələ 19 matçdan sonra bitəcək. Ona görə də özümüzü hazırlayırıq. Düzdür, mövsümə yaxşı başlamışıq və liderik. Ancaq yolumuz hələ uzundur". Publika.az