Mübariz Qurbanlının qəbul tarixi dəyişdi

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının bölgələrdə vətəndaşların qəbulu ilə bağlı Şirvan şəhərində yanvarın 23-də nəzərdə tutulan görüşünün tarixi dəyişdirilib. Bu barədə məlumat “OLAYLAR”-a Dövlət Komitəsindən daxil olub. Bildirilib ki, vətəndaşların qəbulu yanvar ayının 30-da keçiriləcək.

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının bölgələrdə vətəndaşların qəbulu ilə bağlı Şirvan şəhərində yanvarın 23-də nəzərdə tutulan görüşünün tarixi dəyişdirilib. Bu barədə məlumat "OLAYLAR"-a Dövlət Komitəsindən daxil olub. Bildirilib ki, vətəndaşların qəbulu yanvar ayının 30-da keçiriləcək.

Qəbul Şirvan şəhər Heydər Əliyev Mərkəzində (M.Ə.Rəsulzadə küçəsi,8) saat 11:00-da baş tutacaq. Qəbulda Salyan, Şirvan, Neftçala, Biləsuvar və Hacıqabul rayonlarının sakinləri iştirak edə bilərlər. Qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Şirvan bölgəsi üzrə şöbəsinə müraciət etmələri xahiş olunur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31