Gündəm
Hava yağmursuz olacaq
Sabah Azərbaycan ərazisində hava əsasən yağmursuz olacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, yanvarın 18-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub-qərb küləyi əsəcək, gündüz arabir güclənəcək. Havanın temperaturunun Abşeron yarımadasında gecə 0-3, gündüz 5-8, Bakıda gecə 1-3, gündüz 5-7 dərəcə isti olacağı gözlənilir.
Ombudsman Aparatı ilə Elmi Kitabxana arasında əməkdaşlıq memorandum imzalandı
AMEA-nın Mərkəzi Elmi Kitabxanasında bu qurumun və Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilliyinin (Ombudsman) birgə təşkilatçılığı ilə “İnformasiya təminatı sahəsində davamlı əməkdaşlığın qurulması” mövzusunda tədbir keçirilib. Olaylar.az bildirir ki, tədbirdə AMEA Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasov Ombudsmanın ölkəmizdə hüquqi maarifləndirmə istiqamətində gördüyü işlər barədə məlumat verib.
“Cəza” Beynəlxalq Festivala hazırlaşır
Gənc Tamaşaçılar Teatrı özünün 90-cı yubiley mövsümündə növbəti səfərə hazırlaşır. Olaylar.az bildirir ki, yanvarın 18 – dən 25 – dək İran İslam Respublikasının paytaxtı Tehran şəhərində ənənəvi olaraq keçirilən “Fəcr” Beynəlxalq Teatr Festivalında teatrın direktoru Əməkdar İncəsənət Xadimi Mübariz Həmidovun rəhbərliyi ilə 8 nəfərlik heyətlə Tehran şəhərinə yola düşəcəkdir.
Energetika Nazirliyində 20 Yanvar faciəsinin 28-ci ildönümü anılıb
Milli dövlətçilik tariximizdə mühüm yer tutan 20 Yanvar faciəsinin 28-ci ildönümü münasibətilə Azərbaycan Respublikasının Energetika Nazirliyində anım mərasimi keçirilib. “Olaylar” xəbər verir ki, mərasim Azərbaycanın müstəqilliyi və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş qəhrəman vətən övladlarının xatirəsinə bir dəqiqəlik sükutla başlanıb.
Keçən il 1335 km yol yenidən qurulub və təmir olunub
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində 2017-ci ilin yekunlarına və 2018-cı il qarşıda duran vəzifələrin icrasına həsr olunan iclas keçirilib. Agentliyin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, iclasda çıxış edən Agentliyin İdarə Heyətinin sədri Saleh Məmmədov Prezident İlham Əliyev tərəfindən 2017-ci il 18 oktyabr tarixində imzalanmış 1638 nömrəli Fərmana əsasən, “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin yenidən təşkil edilərək Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin yaradılmasına diqqət yetirib.
Məktəblərdə vətənpərvərlik mövzusunda tədbirləri keçirilir
Paytaxt məktəblərində 20 Yanvar – Ümumxalq Hüzn Günü ərəfəsində vətənpərvərlik mövzusunda çoxsaylı tədbirlər təşkil edilir. “OLAYLAR” xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində vətənpərvərliyə dair konfrans, “Dəyirmi masa”, seminar, müsabiqə və əl işlərindən ibarət sərgilər keçirilir.
Qəbristanlıqda “TT” markalı tapança aşkar edildi
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının müxtəlif cinayətlərin üstünün açılması istiqamətində Respublikanın hüquq-mühafizə orqanları ilə qarşılıqlı əməkdaşlığı davam edir.
Bitkoindəki köpüklər partlayırmı?
"2018-ci ilin geridə qalan günləri kreptovalyutalar üçün də heç də uğurlu olmadı”. “Olaylar” xəbər verir ki, bunu iqtisadçı-alim Vüqar Bayramov bildirib. V. Bayramov qeyd edib ki, son bir ayda bitkoin 41 faiz, bu ilin son 10 günündə isə 34 faiz dəyər itirib: “Cənubi Koreyanın bitkoinləri ilə əməliyyatların qadağan etmək istəyi virtual valyutanın mövqeyini ciddi şəkildə silkələdi.
7 saat ərzində 3 əməliyyat keçirən Əməkdar artistin SON DURUMU
Xəbər verdiyimiz kimi, Əməkdar artist Coşqun Rəhimov dünən eyni vaxtda 3 əməliyyat keçirib. Aktyorun qabırğasından ximirçək götürülərək burun nahiyhəsinə yerləşdirilib, burundakı kista təmizlənib, həmçinin burun çəpərinin əyriliyi aradan qaldırılıb. 7 saat davam edən əməliyyat uğurla başa çatıb.
XİN rəhbərlərinin Polşa görüşü nə vəd edir?
Nəhayət keçən ildən müzakirə edilən və məkanı dəqiqləşdirilən Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü reallaşmaq ərəfəsindədir. Bu dəfə iki ölkənin xarici siyasət idarəsi rəhbərləri nə ATƏT-in həmsədr ölkələrindən birində, nə də ATƏT-ə sədrlik edən dövlətdə bir araya gəlmir. Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla Ermənistanın xarici siyasət idarəsinin rəhbəri Edvard Nalbəndiyan Polşada görüşür.
Freedom House təşkilatı yenə “ənənəsinə” sadiqdir
Azərbaycana qarşı formalaşmış şər kampaniyası yenidən iş başındadır. Yenə meydandakı ənənəvi antiAzərbaycan şəbəkəsində yer almış beynəlxalq qeyri-hökumət təşkilatlarından biri və ya bir neçəsidir. Təbii ki, ən başda gələni isə Freedom House adlı beynəlxalq qeyri-hökumət təşkilatıdır.
İdarəetmənin çevikliyinə hesablanmış struktur islahatları
Başa vurduğumuz 2017-ci il həm də Azərbaycanda islahatlar ili kimi yadda qaldı. Dövlətin, dövlət başçısının müxtəlif sahələrdə həyata keçirdiyi islahatlar ümumilikdə ölkənin inkişafına, tərəqqisinə zəmin yaratdı. Xüsusilə, qlobal səviyyədə baş verən maliyyə böhranı fonunda Azərbaycanda həyata keçirilən struktur islahatları bir-birini təkrarlayan qurumların ümumiləşdirilməsi ilə yanaşı büdcədən yönəldilən əlavə xərclərin də azalmasına öz müsbət təsirini göstərdi. Hazırda müşahidə etdiyimiz mənzərə ondan ibarətdir ki, uğurlu islahatlar prosesi günümüzdə də davam edir və nəticə etibarilə idarəetmədə daha təkmilləşdirilmə yaradılır. Təkcə ötən il ərzində bir neçə belə anoloji addımların atılması deyilənləri təsdiqləyir. Elə əksər ekspertlər, təhlilçilər də bu qənaətdədirlər ki, ölkədə müxtəlif sahələrdə, xüsusilə də idarəetmədə həyata keçirilən islahatlar tədricən öz müsbət effektini verir.
Almaniya və Türkiyə arasında “buzlar” əriyir
Almaniya və Türkiyə 1 ilə yaxın davam edən siyasi gərginlikdən sonra əsas mövzu terrorla mübarizə olmaqla təkrarən hökumətlərarası görüşlərə başlamaq niyyətindədir.
MKİ-nin Çindəki casuslarının ölüm səbəbi bilindi – Şok
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş xəfiyyəsi Çun Şin Li Çin kəşfiyyatına çalışmaqda ittiham olunur. Bu barədə informasiyanı NBC televiziyası yayıb. Məhz Linin Pekinə ABŞ casusları haqqında məlumat ötürdüyü iddia edilib. Bunun da nəticəsində MKİ-nin 20 casusu Çində ya öldürülüb, ya da həbs olunub: “Liyə qarşı casusluq ittihamı ictimailəşdirilməyəcək. Hökumətin ya bununla bağlı kifayət qədər sübutu yoxdur, ya da onlar məxfi məsələlərin məhkəmə zalına çıxarılmasını istəmirlər”.
Nazirdən təhlükəsizliklə bağlı - Xüsusi tapşırıq
Bu gün Daxili İşlər Nazirliyində Daxili Qoşunların 2017-ci ildə xidməti-döyüş fəaliyyətinin yekunlarına həsr olunmuş naziryanı əməliyyat müşavirəsi keçirilib. Bu barədə DİN-in mətbuat xidmətindən məlumat verilib.














